SON XƏBƏRLƏR

İranın xarici işlər naziri koronavirusa yoluxub

2021.11.02, 08:46
İranın xarici işlər naziri koronavirusa yoluxub

Gunaz.tv

Bu barədə İranın dövlət televiziyası noyabrın 1-də məlumat yayıb.


Məlumatda bildirilir ki, COVİD-19 üçün Hüseyn Əmir Abdullahiyandan götürülən test analizlərinin nəticəsi müsbət çıxıb və o noyabrın 1-də ev şəraitində karanttinə alınıb.


İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mediaya açıqlamasında Hüseyn Əmir Abdullahiyanın ümumi vəziyyətinin hazırda “yaxşı” olduğunu və onun evdəki karantin şəraitində üzərinə düşən gündəlik vəzifəsini yerinə yetirdiyini bildirib.


Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan son həftələrdə bir neçə xarici ölkəyə səfər etmişdi.


Onun koronavirusa konkret nə vaxt və harada yoluxması barədə məlumat yayılmayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar