Hüseyn Əmir Abdullahiyan: “Amerika sanksiyaları ləğv edəcəyi barədə ciddi zəmanət verməlidir”

07.01.2022, 15:39

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yanvarın 6-da “əl-Cəzirə” telekanalına müsahibəsində Vyanada Qərblə aparılan nüvə danışıqlarından və Tehranın Səudiyyə Ərəbistanı ilə apardığı müzakirələrdən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Vyanada Qərblə danışıqlar aparan İran nümayəndə heyətinin ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğv olunması ilə bağlı tələbini bir daha təkrar edən Abdullahiyan deyib ki, Amerika hər hansı yeni bir razılaşmadan əvvəl İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməlidir.

“Amerika Birləşmiş Ştatları ölkəmizə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi barədə bizə ciddi zəmanət verməli, bu istiqamətdə əməli addımlar atmalıdır. 

Hesab edirik ki, Vaşinqton ölkəmizə tətbiq etdiyi sanksiyaları aradan qaldırmaqla İran neftinin azad və problemsiz satışına və onun satışından əldə edilən gəliri əldə etməsinə imkan yaratmalıdır. 

Hazırda isə biz Amerika tərəfi ilə danışıqlar prosesini asanlaşdırmaq üçün qeyri-rəsmi olaraq təmaslar yaratmışıq. 

Son vaxtlar isə biz Vyanada Amerika tərəfinin bəzən ümidverici mövqe sərgiləməsinin şahidi olmuşuq.

Lakin buna baxmayaraq, bizim üçün önəm daşıyan məsələ əməldir və hesab edirik ki, Vaşinqton bu istiqamətdə əməli addımlar atmalıdır”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Əlcəzirə” telekanalına müsahibəsində bildirib. 

Abdullahiyan öz müsahibəsində həmçinin Tehranla Ər-Riyad arasındakı diplomatik əlaqələri normallaşdırmaq üçün Bağdadda aparılan müzakirələrə də toxunub.

O iddia edib ki, İranla Səudiyyə Ərəbistanı diplomatik əlaqələrini normallaşdırmağa hazırdır.
“Bizim Səudiyyə Ərəbistanı ilə apardığımız danışıqlar prosesi müsbət məcrada davam edir. Hesab edirik ki, həm Tehran, həm də Ər-Riyad istənilən zaman əvvəlki normal münasibətlərinə qayıtmağa hazırdır. 

Yaxın günlərdə isə bizim nümayəndələrimiz Ciddədəki İslam Əməkdaşlıq Təşkilatına qayıdacaqlar. Bu isə düşünürəm ki, müsbət bir haldır”, -deyə Hüseyn Əmir Abdullahiyan bəyan edib. 

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23