SON XƏBƏRLƏR

Hüseyn Əmir Abdullahiyan: “İran və Türkiyənin regional proseslərdəki rolu inkaredilməzdir”

2021.11.17, 11:13
Hüseyn Əmir Abdullahiyan: “İran və Türkiyənin regional proseslərdəki rolu inkaredilməzdir”

Gunaz.tv

Abdullahiyan deyib ki, o türkiyəli həmkarı Mövlud Çavuşoğlunun Tehrana son səfərində onunla iki ölkənin müxtəlif sahələrdə, eləcə də bir sıra regional məsələlərdə birgə əməkdaşlığı barədə müzakirələr aparıb.

“Biz səmimi bir atmosferdə apardığımız üç saatlıq danışıqlarımızda iki ölkənin əlaqələrinin daha genişləndirilməsi üçün uzunm üddətli bir yol xəritəsinin hazırlanması barədə razılığa gəldik.

Ümid edirik ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin daha da yaxşılaşdırılmasına  zəmin yarada biləcək bu yol xəritəsi iki ölkə prezidentlərinin görüşü zamanı yekunlaşaraq imzalanacaq.

Biz görüşdə həmçinin iki ölkənin sərhəd, ətraf mühit, su mənbələrinin idarəsi, mühacir və qaçqınlar məsələsi, terrorizm eləcə də bir sıra mühüm regional və beynəlxalq mövzularda birgə əməkdaşlığı barədə danışıqlar apardıq. 

Hesab edirəm ki, bölgənin iki böyük oyunçusu olaraq, İranla Türkiyənin regional proseslərdəki rolu inkaredilməzdir və iki ölkə arasındakı əməkdaşlıq Qərbi Asiyada sabitliyin daha da möhkəmləndirilməsinə yardım edə bilər” -deyə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən “İnstaqram” səhifəsində etdiyi paylaşımında bildirib.

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar