SON XƏBƏRLƏR

"Biz qonşularımızı özümüzə qohum hesab edirik"-İranlı nazir Azərbaycanla münasibətlərdən danışdı

2021.11.05, 09:33
"Biz qonşularımızı özümüzə qohum hesab edirik"-İranlı nazir Azərbaycanla münasibətlərdən danışdı

Gunaz.tv

İranla Azərbaycan əlaqələrində baş vermiş son gərginliyi iki ölkə arasında yaranmış “anlaşılmazlıq” adlandıran Abdullahiyan deyib ki, Tehranla Bakının qarşılıqlı münasibətləri genişləndirmək üçün mövcud maneələr və anlaşılmazlıqları geridə buraxmaq üçün ciddi iradəsi var.


“Tehran və Bakı münasibətləri müsbət qonşuluq istiqamətində davam edir. Bizim bir sıra mövzularda fikir ayrılığımız ola bilər, lakin önəmli odur ki, hər iki tərəfin mövcud maneələrdən keçməyə ciddi iradəsi var.


Mən və azərbaycanlı həmkarım Ceyhun Bayramov hər iki ölkənin münasibətlərini hərtərəfli inkişaf etdirmək və bu istiqamətdə olan maneələrdən və anlaşılmazlıqlardan keçmək üçün müsbət fikir mübadiləsi aparır, danışıqlarımızı davam etdiririk.


Bu kontekstdə isə biz ictimai və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və bununla bağlı birgə komitənin formalaşdırılması barədə razılığa gəlmişik.


Biz, qonşularımızı özümüzə qohum hesab edir və qohumluq münasibətlərinə hakim prinsipləri yüksək qiymətləndiririk”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib. 

Hüseyn Əmir Abdullahiyan  İranın nə vaxtdan  bəri Azərbaycan Respublikası ilə "qohum" olduğunu açıqlamayıb.


 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar