SON XƏBƏRLƏR

İsfahan hava limanında sərnişin təyyarəsi qəza enişi edib: 5 nəfər xəsarət alıb

2022.01.06, 09:16
İsfahan hava limanında sərnişin təyyarəsi qəza enişi edib: 5 nəfər xəsarət alıb

Gunaz.tv

İsfahan əyalətində Tibbi Qəzalar və Fövqəladə Hallar üzrə İdarənin sözçüsü Abbas Abidi  mediaya açıqlamasında deyib ki, hadisə yanvarın 5-i yerli vaxtla saat 17:03 radələrində İsfahanın təyyarə eniş edərkən baş verib.

“Göyərtəsində 110 sərnişini olacn təyyarə eniş edərkən onun sol təkərində texniki nasazlıq yarandığından təyyarə eniş zolağından çıxaraq dayanıb.

Hadisə nəticəsində iztirab və şok içində olan sərnişinlərdən 5-i müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Xəstəxanaya yerləşdirilən xəsarət alanlardan 3-ü qadın, 2-si isə kişidir. Hazırda qəza enişinin səbəbləri araşdırılır”, -deyə İsfahan əyalətinin Tibbi Qəzalar və Fövqəladə Hallar üzrə İdarəsinin sözçüsü Abbas Abidi bildirib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar