İsfahan etirazlarında həbs edilənlərin sayı 214 nəfərə çatıb, 3 etirazçı öldürülüb - FOTOLAR

29.11.2021, 13:43

Noyabrın 26-da və sonrakı günlərdə İranın İsfahan şəhərində əkinçilərin susuzluq ucbatından rejimə qarşı keçirdiyi dinc etirazlarda həbs edilənlərin sayı 214 nəfərə çatıb, 3 nəfər isə hökumət qüvvələri tərəfindən öldürülüb.

Gunaz.tv Quote | Gunaz article

Həbs edilənlərdən 13-ünün uşaq və yeniyetmə olduğu bildirilir.

Sosial şəbəkələrin və İrandakı hüquq müdafiəçilərin yaydığı xəbərə əsasən, repressive polis, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçı əkinçilər və fermerlərə atdığı saçma güllələrdən ən azı 30 nəfər göz nahiyəsindən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözdən kor olub. İki gözdən kor olanlardan biri 15 yaşlı bir yeniyetmədir.

Bildirilir ki, hökumət qüvvələrinin dinc fermelərə və kəndlilərə qarşı keçirdiyi vəhşi və repressiv əməliyyatında SEPAH terror təşkilatının “Qüds” briqadası sıralarında fəaliyyət göstərən muzdlu Əfqanıstan şiələrindən ibarət “Fatimiyyun” qüvvələrindən də istifadə edilib.

Yayılan məlumatda həmçinin bildirilir ki, biri yaşlı bir qadın olmaqla 3  əkinçi başından aldığı dəyənək zərbəsi nəticəsində yerində keçinib, cənazələri isə naməlum istiqamətə aparılıb. 

İrandakı hüquq müdafiəçilərinin bildirdiyinə görə, son etirazlarda həbs edilən, əksəriyyətini yaşlı kəndlilər təşkil edən 214 etirazçı əvvəlcə İsfahanın Dəstgerd həbsxanasına aparılsa da, sonradan gecə saatlarında həmin həbsxanadan çıxarılaraq naməlum istiqamətə aparılıb.

Hazırda İsfahanın qurudulmuş Zayəndərud çayı ətrafında və şəhərin digər məntəqələrində vəziyyətin gərgin olduğu, etirazların pərakəndə şəkildə davam etdirildiyi bildirilir. 

Xatırladaq ki, isfahanlı əkinçi və fermerlərin susuzluğa və içməli suyun qıtlığına qarşı dinc etirazları iki həftə əvvəldən başlayıb.

عکس منتشرشده از یکی از مصدومان اعتراضات روز جمع اصفهان در پی شلیک نیروهای امنیتی

تصویر

تفنگ ساچمه ای گلوله ساچمه ای - پارس گرافیک

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı hesabat yaydı

2023-03-29

gun az article

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı

2023-03-28

gun az article

Deputat Fazil Mustafa evinin qarşısında güllələndi

2023-03-28

gun az article

I Türkçülük Çalışmaları sempozyumu

2023-03-28

gun az article

Türkiyə İrandan ikiqat güclüdür və fərqi artırır

2023-03-28

gun az article

İlham Əliyev: "Fransanın Azərbaycana ədalətsiz və mənfi münasibəti təsadüfi deyil"

2023-03-28

gun az article

Türkiyədə iranlı mühacirlərin sayı kəskin artıb

2023-03-28

gun az article

Prezident: Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir

2023-03-28

gun az article

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

2023-03-28

gun az article

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

2023-03-28

gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

2023-03-28

gun az article

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

2023-03-28

gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28