SON XƏBƏRLƏR

İsfahan zindanında siyasi məhbus öldürülüb

2022.04.15, 09:30
İsfahan zindanında siyasi məhbus öldürülüb

Gunaz.tv

Yaxınlarının verdiyi məlumata görə, zindan məsulları onun ölümünün səbəbləri ilə bağlı heç bir açıqlama verməyib, sadəcə məhbusun dünyasını dəyişdiyi xəbərini çatdırıblar.

Siyasi məhbusun kamera yoldaşlarının dediyinə görə, edama məhkum olunmuş Mehdi Salehinin ağır xəstə olmasına baxmayaraq təhlükəsizlik idarəsi və zindan rəhbərliyinin göstərişi ilə onun müayinə və müalicə olunmasına imkan verilməyib.

Məhbuslar siyasi məhbusun ölümündən bir neçə gün öncə ona tərkibi bilinməyən iynə vurulduğu üçün komaya düşən Salehinin   müalicəsi ilə bağlı müraciələrə zindanın tibb işçilərinin əhəmiyyət vermədiklərini, bilərəkdən onun ölməsinə şərayit yaratdıqlarını deyirlər.

Qeyd edək ki. aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

"İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb"-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar