SON XƏBƏRLƏR

SEPAH: “İsfahanda əksinqilabçı qruplaşmanın üzvləri həbs edilib”

2021.11.08, 13:59
SEPAH: “İsfahanda əksinqilabçı qruplaşmanın üzvləri həbs edilib”

Gunaz.tv

Bu barədə SEPAH terror təşkilatının İsfahandakı ETTELAAT idarəsinin ictimaiyyətlə əlaqələr bölməsi noyabrın 7-də bəyanat yayıb.


Bəyanatda bildirilir ki, həbs edilənlər ölkədə asayişi pozmaq üçün ölkə vətəndaşlarını rejimə qarşı etirazlara çağırmağa cəhd göstəriblər.


“Həbs edilən əksinqilabçı qruplaşmanın üzvləri sosial şəbəkələrdə ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, gecələr küçə və meydanlarda sistemə qarşı yazılı vərəqələr yaymaqda, etiraz aksiyalarının keçirilməsi üçün

çağırışlar etməkdə, ölkədə təxribat xarakterli əməliyyatlar keçirmək üçün geniş planlar hazırlamaqda, İsfahan əyalətində və ölkənin digər bölgələrində sabitliyi və təhlükəsizliyi pozmağa cəhd göstərməkdə günahlandırırlar”, -deyə SEPAH-ın yaydığı bəyanatında bildirilir.


Bəyanatda həbs edilən şəxslərin adları və onların hansı siyasi cərəyana bağlı olması barədə məlumat yayılmayıb.

 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar