SON XƏBƏRLƏR

İsfahanda qaşqay türkləri ata-baba yurdlarından qovulur

2022.09.03, 09:20
İsfahanda qaşqay türkləri ata-baba yurdlarından qovulur

Gunaz.tv

Bu barədə Qaşqay türklərinin media orqanı olan "Baydaq" saytı xəbər yayıb

Məlumata görə, İran Kənd Təsərrüfatı Nazirliyi və başqa qurumlar adı çəkilən kənddə qaydasız tikintilərin aparıldığı bəhanəsi ilə 150 evin sökülməsi və əhalinin başqa yerlərə köçürülməsi barədə qərar qəbul ediblər.

Məlumatda qaşqayların qərara etiraz etdikləri, bunun onların kampakt yaşamasına mane olmaq üçün edildiyini və qərar dəyişməyəcəyi təqdirdə buna qarşı dirənəcəkləri barədə xəbərdarlıq etdikləri qeyd olunub.

Qeyd edək ki, son vaxtlar Qaşqay türkərinin yaşadıqları bölgədən köçmələri üçün onlara sistemli təzyiqlər göstərilir.

Son il ərzində İsfahanın Səmirom bölgəsində qaşqaylara məxsus yaşayış yerləri dağıdılıb və onlara bölgəni tərk etmək barədə xəbərdarlıq edilib.

İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Onlar yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar