SON XƏBƏRLƏR

İsfahanda sənaye şəhərciyində yanğın baş verib-15 nəfər yaralanıb

2022.11.14, 09:04
İsfahanda sənaye şəhərciyində yanğın baş verib-15 nəfər yaralanıb

Gunaz.tv

Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib.

"İLNA" xəbər agentliyinin verdiyi məlumata görə, noyabrın 13-də baş verən yanğında 15 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır.

İsfahan Mübarəkə sənaye şəhərciyində 400-dən artıq kiçik zavod və fabriklər fəaliyyət göstərir.

Yanğın kimyəvi maddələr istehsal edən zavodda baş verdiyi bildirilir.

İsfahan əyalətinin Böhran İdarəetmə Mərkəzinin verdiyi məlumata görə, yanğını söndürmək üçün hadisə yerinə 25 yanğınsöndürmə dəstəsi cəb edilib.

Məlumatda yanğının səbəbləri barədə hər hansı açıqlama verilməyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar