SON XƏBƏRLƏR

İsfahanda yeni aksiyalara çağırış edildi: Şəhər fərmandarından narazılara xəbərdarlıq

2021.12.02, 13:56
İsfahanda yeni aksiyalara çağırış edildi: Şəhər fərmandarından narazılara xəbərdarlıq

Gunaz.tv

İsfahan fərmandarı Məhəmməd Əli Əhmədi bu gün mediaya açıqlamasında yeni etiraz aksiyalarının keçirilməsi üçün edilən çağırışlara reaksiya verib.

O iddia edib ki, İsfahan əhalisi və susuzluqdan əziyyət çəkən əkinçilər islam inqilabının (rejimin-red) prinsiplərinə sadiqdirlər. 

“Son həftələrdə isfahanlı əkinçilər və fermerlər bir sıra tələblərlə dinc şəkildə toplantılar keçirdilər. Lakin görəndə ki, əksinqilabçılar onların dinc toplantılarından sui-istifadə etməyə çalışır, aksiyalarını dayandırdılar. 

Hökumət hazırda isfahanlı əkinçilərin tələblərinə baxır.

Lakin yeni toplantıların keçirilməsi ilə eilən çağırışlara gəlincə, bu barədə icazəli aksiya keçirmək üçün bizə hər hansı bir müraciət daxil olmayıb, biz də belə bir toplantıların keçirilməsi üçün heç kəsə icazə verməmişik”, -deyə İsfahan fərmandarı Məhəmməd Əli Əhmədi bildirib.

Xatırladaq ki, noyabrın 26-da və sonrakı günlərdə İranın İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3 nəfər başından aldığı polis dəyənəyi zərbəsindən həyatını itirib.

Həmçinin repressiv polis, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin yaxın məsafədən etirazçı fermerlərə saçma tüfənglərdən açdığı atəş nəticəsində ən 30-dan çox etirazçı gözündən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözdən kor olublar. 

Güllə yarası alaraq, iki gözündən kor edilənlərdən biri isə 15 yaşlı bir yeniyetmədir.

İsfahanda gərginlik: Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə  edib

İsfahan etirazlarında həbs edilənlərin sayı 214 nəfərə çatıb, 3 etirazçı  öldürülüb - FOTO

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar