Silah qaçaqmalçısı olan erməni mafiya şəbəkəsi ilə İran İslam Cümhuriyyətinin əməkdaşlığı ifşa olundu – Amerika Birləşmiş Ştatlarında

2016-10-30 08:10

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Ştatında silah qaçaqmalçılığı ilə məşğul olan iki erməni saxlanılıb. Onların ümumi dəyəri 3 milyon dollardan çox olan hərbi təyyarələrin ehtiyat hissələrini İran İslam Cümhuriyyətinə satmaqda ittiham olunduqları məlum olub. Birləşmiş Ştatlarının Federal Prokuroru (dadistan) cümə günü silah qaçaqmalçılarının saxlanıdığını elan edib.

 

GünAz TV mətbuat mərkəzinin “Reuters”ə istinadən yaydığı məlumata görə, Los-Angeles şəhəri ətrafında yaşayan 52 yaşlı Zavik Zərgəryan və 52 yaşlı Vaç Niriyan beynəlxalq fövqəladə iqtisadi yetkilər qanunu və İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaları pozmaq ittihamı ilə çərşənbə günü saxlanılıb. Bunu ABŞ-ın Ədliyyə Nazirliyi yaydığı Bəyanatda elan edib.  

 

ABŞ baş prokurorunun milli təhlükəsizlik üzrə müavini Mary McCord tutulan şəxslərin milli təhlükəsizliyə təhdid ittihamı ilə üzləşdiklərini bildirərək qeyd edib ki, biz bir millət kimi hərbi texnologiyamızı qoruyub və dövlətin icazəsi olmadan onun digər ölkələrin əlinə keçməsinə mane olmalıyıq. Bu bizim üçün həyatı əhəmiyət daşıyır.

 

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bəzi istisnalarla texnologiya və əmtəə ixracatı və bir çox xidmətləri əhatə edir.

 

ABŞ Prokurorluğu bildirib ki, ittihamları sübuta yetirildiyi təqdirdə Zərgəryan ən çoxu 115 il həbs və 4 milyon 770 min dollar cərimə, Niriyan isə 95 il həbs və 3  milyon 770 min dollar cərimə qərarı ilə üzləşə bilər.

 

Tutulan şəxslərin ikisi də günahsız olduğunu iddia edir. Onların 2016-cı il dekabrın 20-də mühakimə olunacağı bildirilir. Müttəhimlər əslində 5 nəfərdən ibarət olub. Adlarını çəkdiyimiz şəxslərdən başqa 55 yaşlı Henri Terminasyan, 56 yaşlı Hormuz Novruz və daha bir şəxs də müttəhimlər sirasındadır. Onların İranda yaşadığı ehtimal olunur. Prokurorluq 5-ci müttəhimin kimliyini açıqlamayıb.

 

Əsas müttəhim Zərgəryanın ABŞ-ın Kaliforniya Ştatında ZNC adlı mühəndislik şirkəti var.

 

Prokurorun sözlərinə görə, gizli araşdırmalardan sonra məlum olub ki, Terminasyanın Zərgəryanla əlaqəsi olub və ondan istəyib ki,  hərbi təyyarələrin ehtiyat hissələrini ABŞ şirkətlərindən əldə etməsində yardım etsin. Bundan sonra Zərgəryan, hissələri təmin edən bir şəxs kimi ABŞ Daxili Təhlükəsizlik İdarəsinin məmuru ilə müzakirə aparıb. Sonra isə Terminasyan Amerikaya səfər edib və Zərgəryanla görəşərək onunla F-16 və F-18 hərbi təyyarələri hissələrinin alışı ilə bağlı müzakirələr aparıb.

 

Prokuror sözlərinin sonunda əlavə edib ki, Zərgəryan və Terminasyanla əməkdaşlıq edən Niriyan, həmçinin hərbi təyyarələrdə hidrolik sistemlər və eniş üçün ötürücü qutuda istifadə olunan minlərlə plastik şaybanın (vaşar) İranın Hava Qüvvələrinə çatdırmaqda ittiham olunub.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19