SON XƏBƏRLƏR

SİLAH YARIŞI. Azərbaycan və Ermənistanın mütəmadi silahlanmasına dair faktlar getdikcə daha çox açıqlanır_C.MƏZAHİROĞLU

2021.10.20, 07:36
SİLAH YARIŞI. Azərbaycan və Ermənistanın mütəmadi silahlanmasına dair faktlar getdikcə daha çox açıqlanır_C.MƏZAHİROĞLU

Gunaz.tv
SİLAH YARIŞI Azərbaycan və Ermənistanın mütəmadi silahlanmasına dair faktlar getdikcə daha çox açıqlanır C.MƏZAHİROĞLU Cənubi Qafqaz ölkələrinin intensiv silahlanması son vaxtlar dünya mətbuatının diqqətindədir. Qısa zaman kəsiyində Azərbaycan, Gürcüstan və Ermənistanın silahlanmasına dair onlarca məqalə işıq üzü görüb. Maraqlıdır ki, məqalələrdə əksini tapan çoxsaylı faktlar əksərən rəsmi mənbələrdən götürülüb. Əksər hallarda bu faktlar Cənubi Qafqaz ölkələrinin rəsmiləri tərəfindən təkzib olunmur. Ekspertlərin fikrincə, son vaxtlar dünya mətbuatının bu məsələyə daha çox diqqət yetirməsi bir sıra səbəblərlə bağlı ola bilər. Birincisi, Qərb dövlətləri Azərbaycan və Ermənistanı Rusiya silah bazarının təsirindən uzaqlaşdırmağa çalışır, ikincisi, tərəflərin kütləvi silahlanması ilə bağlı məlumatlar bölgədə münaqişənin alovlanacağına dair bir xəbərdarlıq siqnalı kimi qəbul olunmalıdır. Belarus mətbuatının yazdığına görə, Belarus ötən il Ermənistana 10 ədəd 122 mm çaplı D-30 haubitsası satıb. BMT-nin Adi Silahlar Reyestrinin təqdim etdiyi hesabatda əksini tapan məlumatda qeyd olunur ki, ötən il rəsmi Minsk Ermənistan, Eritreya və Sudana silah və hərbi texnika satışını həyata keçirib. Belarus hesabat dövründə Sudan üçün 2 ədəd BTR-70 transportyorunun modernləşdirilmiş "Kobra K2K" və "Kobra K2" modifikasiyalarını, Eritreya üçünsə 9 ədəd "Uraqan" reaktiv yaylım atəş sistemləri göndərib. Müqavilələrin dəyəri barədə məlumat verilmir. Hesabatda qeyd olunur ki, rəsmi Minsk 2006-cı ildə Azərbaycana 41, 2005-ci ildə isə 19 ədəd T-72 tankı göndərib. Bu müqavilələrin də dəyəri açıqlanmayıb. D-30 haubitsaları silahlanmaya 1960-cı ildə daxil edilib. Çəkisi 3150 kq olan haubitsanın 1 mərmisinin çəkisi 14,08 - 21,76 kq, dəqiqədə atəş tempi isə 6-8 mərmidir. D-30 haubitsaları 15,3 km məsafəyə atəş açmaq qabiliyyətinə malikdir. BMT-nin Adi Silahlar Reyestrində qeyd olunan digər məlumata görə isə, Ermənistan ötən il Serbiyadan 12,7 mm çaplı 250 ədəd "Black Arrow" markalı snayper tüfəngi alıb. Bu snayper tüfəngləri Serbiyanın "Zastava" silah zavodunun istehsalıdır. Reyestrdə həmçinin qeyd olunur ki, Ermənistan ötən il Serbiyadan 100 ədəd 30 mm çaplı AGM-17 (avtomatik qumbaraatan) silahları da əldə edib. Qeyd edək ki, Ermənistan xaricdən aldığı silahları BMT reyestrindən maksimum gizlətməyə çalışır. Ekspertlərin fikrincə, bu, Ermənistanın aldığı silahların cüzi bir hissəsidir. Azərbaycan tərəfi də silahlanmanı davam etdirir. Bir müddət əvvəl Rusiya mətbuatı Azərbaycanın 2000-2007-ci illər ərzində bir sıra ölkələrdən aldığı silah və hərbi texnikanın siyahısını açıqlamışdı. O zaman Azərbaycanın Müdafiə Nazirliyi məlumata ötəri "təkzib" vermiş və detallarına qədər aydınlıq gətirməmişdi. Bu günlərdə isə "Voennıy vestnik İsrailya" internet jurnalı Azərbaycanın İsrail istehsalı olan müxtəlif silah və hərbi texnika aldığını yazıb. Məlumatda bildirilir ki, Azərbaycan ordusunun bir neçə bölüyü üçün İsrail istehsalı olan 5,56 mm çaplı TAR-21 "Tavor" avtomat silahları alınıb. Bundan başqa, Azərbaycan İsrailin müxtəlif hərbi firmalarından hərbi texnikalar və raket sistemləri də alıb. Belə ki, Azərbaycan ordusunun arsenalına TAAS firmasının istehsalı olan, "KamAZ-63502" (8*8)" maşınlarının bazasında yığılmış 122 və 160 mm çaplı "Lynx" reaktiv yaylım atəş sistemləri (Qrad və LAR), həmçinin 300 mm-lik EXTRA raketləri, "Aeronaytiks" şirkətinin istehsalı olan 2 tip - "Orbiter" və "Aeorstar" - pilotsuz uçan aparatlar daxildir. Bu silah və texnikanın bir hissəsi iyunun 26-da keçirilən hərbi paradda da nümayiş etdirilib. Hazırda İsrailin "Soltam" şirkəti 122 mm-lik "Semser" özüyeriyən artilleriya, "Nauza" reaktiv yaylım atəş sistemlərinin Azərbaycana ixracı ilə bağlı danışıqlar aparır. Qeyd edilən hərbi texnikanı İsrail şirkəti Qazaxıstanla birgə istehsal edir. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar