SON XƏBƏRLƏR

Şimal qütbü 2070-ci ilə qədər əriyəcək

2021.10.20, 07:36
Şimal qütbü 2070-ci ilə qədər əriyəcək

Gunaz.tv
Şimal qütbü 2070-ci ilə qədər əriyəcək 4377.jpg Rusiya Dumasının təlimatı əsasında rus elm adamları Şimal qütbü ilə bağlı sənəd hazırlayıblar. Sənədə görə, qlobal istiləşmə bölgədə getdikcə daha çox hiss ediləcək, 2070-ci ilədək qütblərdə buzlaqlar qalmayacaq. Alimlərin proqnozları bölgəyə gediş-gəlişi təmin edən dəniz yollarının ildə 100 gün açıq olacağını, son 100 ildə qütblərdəki buzlaqların 30 faizdən çoxunun əridiyini göstərir. “İnterfaks” agentliyinə müsahibə verən alimlərdən ibarət komissiyanın üzvü Yuri Vorobyev: “Qlobal istiləşmə nəticəsində Şimal qütbündə buzlaqlar sürətlə əriyir. Son 100 ildə buzlaqların üçdə biri əriyib. 1970-2003-cü illər arasında buz örtükləri 25 faiz azalıb”, - deyib. Ötən həftə Rusiyanın fövqəladə hallar nazirinin müavini Ruslan Tsalıkov da qlobal istiləşmə nəticəsində Rusiyanın şimalındakı buzlaqların əriyəcəyini və ölkənin 2030-cu ilə qədər böyük fəlakətlərlə üz-üzə qalacağını söyləmişdi: “Ölkənin 25 faizi sular altında qalacaq. Evlər, əyalətlərdəki hava limanları, yollar istifadəyə yararsız hala düşəcək. Ən əsası isə bölgədə yerləşən neft quyuları işləməyəcək”. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar