SON XƏBƏRLƏR

Şimali Koreya nüvədən imtina etdi

2021.10.20, 07:36
Şimali Koreya nüvədən imtina etdi

Gunaz.tv
Şimali Koreya nüvədən imtina etdi ABŞ prezidenti Corc Buş Şimali Koreyaya qarşı tətbiq edilən iqtisadi-ticari sanksiyaların bir qismini ləğv edib, bu ölkəni beynəlxalq terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb. Vaşinqtonun mövqelərinin yumşalmasına səbəb rəsmi Pxenyanın öz nüvə proqramı barədə dosyeni Çinə verməsidir. Şimali Koreyaya qarşı ABŞ Konqresinin "Düşmənlə ticarət haqqında" qanunu çərçivəsində nəzərdə tutulan ən sərt sanksiyalar ləğv edilsə də, silahların yayılması, qanunsuz maliyyə fəaliyyəti və çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində sanksiyalar qalıb. "Biz sizə öz vədlərinizi yerinə yetirəcəyiniz səviyyədə inanacağıq, - Corc Buş bildirib. - İrəliləyişdən razıyam, amma böyük illüziyalarım yoxdur. Bu yalnız ilk addım, prosesin sonu yox, əvvəlidir". Şimali Koreyanın Çinə verdiyi dosyedə ölkənin nüvə materialları, obyektləri və proqramları barədə müfəssəl məlumatlar var. Rəsmi Pxenyan həyata keçirdiyi nüvə proqramı barədə indiyədək artıq 18 min səhifə sənədi təhvil verib. Dosyenin verilməsinə yönəlmiş danışıqlarda ABŞ, Rusiya, Cənubi Koreya, Çin və Yaponiya iştirak ediblər. Nüvə proqramını dayandırmağın müqabilində Pxenyan ABŞ-dan terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılmağı, maliyyə və ərzaq yardımları tələb edir. Dünən isə Şimali Koreyanın Yonben şəhərindəki nüvə kompleksinin soyutma qülləsi partladılıb. Pxenyan bu simvolik jestlə nüvə proqramını dayandırdığını və uranın zənginləşdirilməsi işlərindən tamamilə əl çəkmək niyyətində olduğunu bütün dünyaya göstərmək istəyib. Yonbendəki üç əsas nüvə obyekti ötən ilin iyul ayında dayandırılaraq möhürlənmişdi. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar