SON XƏBƏRLƏR

Şimali Koreya və Rusiya bu il zirvə toplantısı keçirmək qərarına gəlib

2021.10.20, 07:36
Şimali Koreya və Rusiya bu il zirvə toplantısı keçirmək qərarına gəlib

Gunaz.tv

GünAz TV: Belə razılaşma Pxenyanda keçirilən Rusiya xarici işlər naziri Sergey Lavrov və Şimali Koreya (KXDR) lideri Kim Çan In arasında danışıqlar nəticəsində əldə olunub.

 

KXDR və Rusiya bu il ən yüksək səviyyədə görüşün keçirilməsini qərara aldılar. Bu toplantı, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olacaq.

 

Verilən məlumata görə, müvafiq razılaşma mayın 31-i Pxenyanda keçirilən Rusiya xarici işlər naziri Sergey Lavrov və KXDR lideri Kim Çan In arasında aparılan danışıqlar nəticəsində əldə olunudu. Tərəflər belə razılığa gəldilər ki, "iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümü ilə əlaqədar olaraq, müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, xüsusilə Rusiya Federasiyası və KXDR liderlərinin görüşünü həyata keçirmək məqsədə uyğun hesab olunur."

 

Cümə axşamı günü, prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Kim Çen In arasında görüşünün mümkünlüyü barədə danışmaq çox erkən olduğunu bildirib. Trend

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar