SON XƏBƏRLƏR

Şimali Qafqaz yenə "qaynayır"_ Qafqazı Balkanların taleyi gözləyirmi?

2021.10.20, 07:36
Şimali Qafqaz yenə "qaynayır"_ Qafqazı Balkanların taleyi gözləyirmi?

Gunaz.tv
Şimali Qafqaz yenə "qaynayır" Qafqazı Balkanların taleyi gözləyirmi? Son zamanlar Şimali Qafqazda kriminal olaylar o qədər artıb ki, artıq konkret tendensiyanın özünü göstərdiyini demək mümkündür. Əsasən Dağıstan, Çeçenistan və İnquşetiyanı əhatə edən bu proses Federal qüvvələrə qarşı mücahidlərin dirənişinin çoxaldığını ifadə edir. Baş verən partlayış və silahlı hücumlarda hədəf həmişə hökumət orqanları olur. Xüsusilə də hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı terror aktlarının sayı çoxalıb. Son olaraq da Dağıstanda milis maşınına hücum olmuşdu, İnquşetiyada yüksək rütbəli istintaqçı qətlə yetirilmişdi və Çeçenistanda hərbi sursat bazasında böyük partlayış vermişdi. Çeçenistandakı partlayışda 9 hərbçi həlak olub. Bundan öncə isə Rusiya KİV-i Çeçenistanda vəziyyətin yenidən gərginləşdiyi haqqında məlumatlar yaydılar. Mücahidlər Vedenoya hücum etmişdilər. Bunlar Şimali Qafqazda ümumi durumun yenidən gərginliyə yön aldığını təsdiq edir. Burada məqsədli fəaliyyətin olub-olmadığını deyə bilmərik. Həmin olayların arxasında konkret hansı qüvvələrin durması haqqında da fikir irəli sürmək asan deyil. Lakin proseslərin dinamikası göstərir ki, həmin bölgədə kriminal durum tədrici olaraq kəskinləşir və onun miqyası çoxalır. Ona görə də Şimali Qafqazda bir ziddiyyət çələnginin yaranmaqda olduğu üzərində düşünmək lazım gəlir. Bu bağlılıqda Abxaziya və Güney Osetiya məsələləri ilə Şimali Qafqazdakı hadisələrin hansı əlaqəsi olduğu üzərində də düşünmək olar. Məsələ ondan ibarətdir ki, Rusiya ilə ABŞ-ın həmin bölgələr ətrafında mübarizəsi güclənib. Rusiya təyyarələri Gürcüstan ərazisi üzərində mütəmadi uçuşlar edir. Xarici işlər naziri Sergey Lavrov bunu normal sayır və həmin uçuşların davam edəcəyini deyir. Amerikanlar isə Gürcüstanda hərbi manevrlərə başlayırlar. Bu, hər iki tərəfin güc nümayiş etdirməsi əlamətidir. Təbii ki, Gürcüstan məsələsinin fonunda Rusiya üçün Şimali Qafqazda problemlər də yaradıla bilər. O aspektdə həmin bölgədə cərəyan edən hadisələrin kökündə nələrin durduğunu hələlik dəqiq demək çətindir. İkinci aspekt Şimali Qafqazdakı dini qruplaşmaların fəallaşması ilə bağlı ola bilər. Son vaxtlar "Əl-Qaidə"nin Qafqazdakı yuvalarında bir hərəkətlilik müşahidə edildiyini deyirlər. Dinçi qruplaşmalar dünya miqyasında gedən geosiyasi proseslərə reaksiya verirlər. Belə müşahidə edilir ki, Qərb gərginliyi tədricən İraqdan Orta Asiya və Əfqanıstan istiqamətinə atacaq. Bu da "yolüstü" Qafqazda da proseslərin yönünün dəyişməsinə səbəb olacaq. "Əl-Qaidə" kimi qurplaşmalar adətən bu situasiyalarda terror aktları miqyasını genişləndirirlər. Üçüncü aspekt Şimali Qafqaz xalqlarının öz hüquqları uğrunda keçən əsrdə başladıqları mübarizəni davam etdirməkdə olması ilə əlaqəlidir. Hər nə olsa da, orada mücahidlərin barışmaz dairələri var və onlar həmişə qalacaqlar. İmkan yarandıqca mücahidlərin Federal qüvvələrə zərbələri olacaq. Bu situasiyadan isə kənarda kimlərin istifadə etməyə çalışacağı başqa məsələdir. İndi görünəni odur ki, bölgədə terror aktlarının sayı artır və itki də çoxalır. Şimali Qafqazda kriminogen durumun həssaslaşması bütövlükdə Qafqazda stuasiyanı faciəli səmtə yönəldə bilər. Əgər Qafqazın şimal və cənub hissələrindəki münaqişələr bir sistemdə birləşsə, vəziyyəti düzəltmək imkanları çox azalacaq. NATO-nun Gürcüstan planını reallaşdırması halında həmin mənzərənin ala biləcəyi gərginlikləri təsəvvür etmək asan deyil. Çünki o zaman bütövlükdə Qafqaz problemi yaranır ki, buraya bir neçə dövlət daxildir. Məsələ region dövlətləri arasında çoxşaxəli problemə çevrilsə, onun həll edilməsi daha çətin bir duruma gəlir. Balkanlarda olduğu kimi, burada da mürəkkəb ziddiyyətlər çələngi yarana bilər. Ona görə də indi Şimali və Cənubi Qafqazda baş verən olaylara kifayət qədər həssaslıqla yanaşmaq gərəkdir. Məsələnin Rusiyanın daxili durumuna təsiri aspekti diqqətdən kənarda qalmamalıdır. Rusiyada millətlərarası münasibətlərin kəskinləşməsi yönündə təhlükələr qalır. Şimali Qafqaz o baxımdan ən həssas bölgədir. Böyük dövlətlərin enerji uğrunda savaşı kəskinləşdikcə, milli münaqişələrin də "onun istisinə düşməsi" ehtimalı artır. Qafqaz yenə qaynayır. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar