SON XƏBƏRLƏR

Şimali və Cənubi Koreyanın dəmir və avtomobil yolları birləşdirilir –İki ölkə razılıq verdi

2021.10.20, 07:36
Şimali və Cənubi Koreyanın dəmir və avtomobil yolları birləşdirilir –İki ölkə razılıq verdi

Gunaz.tv

GünAz TV: Şimali və Cənubi Koreyanın avtomobil yolları və dəmir yolu şəbəkəsi noyabrın sonu və ya dekabrın əvvəlində birləşdiriləcək.

 

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, oktyabrın 15-də tərəflərin nazirlər səviyyəsində sərhədyanı Panmuncom qəsəbəsində keçirilən görüşündə bu barədə razılıq əldə olunub.

 

Görüşdə bundan başqa, iki ölkənin liderləri arasında əldə olunan razılaşmaların icrası yollarına dair məsləhətləşmələr aparılıb. Tərəflər Koreya müharibəsi nəticəsində ayrılan ailələrin üzvlərinin görüşünün təşkilinə dair noyabrda danışıqların aparılması, habelə generallar səviyyəsində hərbçilərin qısa zamanda görüşünün keçirilməsinə dair razılığa gəliblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar