SON XƏBƏRLƏR

Simgə, Bayrağ və birlik qonusunda Milli Party bildirisi

2021.10.20, 07:36
Simgə, Bayrağ və birlik qonusunda Milli Party bildirisi

Gunaz.tv
Simgə, Bayrağ və birlik qonusunda Milli Party bildirisi millipartylogo.jpg “Dayanacağı olmayan millət məhv olacaqdır” Soydaşlar, İllərdir əsarətdə olan millətimizin gələcəgi və qalacağı üçün çeşitli önərilər ortada var. Buna təbi yanaşanda, bir çoxu gərçəkdən faydali və milli hisli dirlər. Ama yazıqlar olsun ki belə faydali önərilərin genişlənməsi üçün heç bir addım atılmır. Nəzərdə alınan faydali önərilərdən biri, son günlərdə yenidən gündəmə daşınan Milli Simgə və Bayrağ məsələsidir. Qaçınılmaz bir gərçəkdir ki Güney Hərəkatına bir simgə seçilməlidir və hami o simgənin ətrafında müqəddəs özgürlük savaşına davam verməlidir. Milli Party, öyələr və yetkililər son günlərdə Güney Hərəkati üçün simgə seçiminə öz görüşlərin açıqlayır. Güney Hərəkati mahiyətcə bir çoxlu bənzər hərəkətlərdən fərqlidir. Onun ilk fərqi budur ki bir millətin ikiyə bölünmüş parçalarının böyük qısmı əsarət altındadır və Güney Hərəkati bu əsarətə son qoymağ üçün varlığa gəlibdir. Bu varlığa dayağ olacaqlardan birisə, müştərək simgə, və ya bir başqa deiyşlə, geçici bayrağ olacaqdır. Güney Hərəkatına nufuz edən, siyasi məntiqdən xəbərsiz olan və ya məncil düşüncəyə malik olan şəxslərin dağıtıci təsirlərinəı qarşı, deiylən simgənin hər nə tezrax seçilməsi vacib görünür. Gerəkli olan birlik yaratmağdır. Birlik yaratmağa önərilən məntiqli tərhlər nəzərdən geçirilib və incələnməlidirlər. Son zamanlarda önərilən milli simgədə elə bu baxımdan incələnməli, və hər nə tezlıqla nbir sonuca varmalıdır. Önərilən simgənin Azərbaycan Milli Bayrağı-yla çox fərqi yoxdur. Ortada olan fərq Aypara-Ulduzun qara olmasıdır. Ona səbəb açıqlayan simgənin sunuculari, Güneyin əsarətdə və yasda olmasi olubdur. Milli Bayrağımıza sadiq qalan bu simgənin tərhinə Milli Party öz önərisin ortaya qoyur. Milli Party belə düşünür ki Milli simgəmizi qara ilə yox, ki SARI boya ilə bəzəməmiz yararli olacaqdır. Tuürk, və Türk tarixi GÜNƏŞ ilə doğub, ALTIN mədəniyətlər yaradıb və DƏYƏRLİ gələcəgə sahib olacaqdır. Buna görə, önərilən simgənin ana qalıbın bəyənərək, Aypara və Ulduzun QARA yerinə SARI olması, düşüncə və önəri olaraq kamoyuna sunuruq. Bəllidir ki çoxunluğun qərari bizim sayqi duyacağımız və qorumasi üçün savaşacağımız qərar olacaqdır. Milli Simgə Güney Hərəkatına hər nə tezrax sunulursa, bir o qədər güc birligi və yol birliginə şahid olacayıq. Güneydəki fəallarımız önərilən simgəni bir çoxlu Azərbaycanli aktivist tərəfindən bəyənildigin bildiriblər. Əgər Milli Party önərdigi boya Aypara və Ulduza seçilməzsə, ən azından o qonuda bir fikir ortaya sürülmüş olubdur. Milli Party-nin bildiriləri bu önəmli zamanda internet vasitəsilə yayınlanır. Milli Party baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar