Sinfi fəal Pərisa Rəfii apellyasiya məhkəməsinə çağrılıb

2021-01-05 14:59

Evin zindanında saxlanılan güneyli sinfi fəal Pərisa Rəfii Tehranın apellyasiya məhkəməsinin 26-cı şöbəsinə çağrılıb.

Gunaz.tv Quote | Gunaz article

Ondan 11 yanvar səhər saat 10:00-da apllyasiya məhkəməsinin 26-cı şöbəsində keçiriləcək məhkəmə iclasında olması istənilib.

 

Bu məhkəmə işi Pərisa Rəfiinin 2019-cü ilin may ayında İran rejimi tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktubla əlaqədardır. O, “rejimə qarşı təbliqat”da ittiham olunub.

 

Azərbaycanlı tələbə bu məktubda siyasi fəallar, xüsusilə də qadınların İran həbsxanalarında saxlanıldığı acınacaqlı vəziyyətdən bəhs edərək məhkəmə məmurları tərəfindən bakirəlik testi və edam edilmə ilə təhdid edildiyini yazmışdı.

 

P.Rəfii hakim Əfşar İmaninin başçılığı ilə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilən ilk məhkəmədə irəli sürülən ittihamlardan bəraət almışdı. Ancaq onun işi prokrorun etirazından sonra apellyasiya məhkəməsinə göndərildi.

 

22 yaşlı tələbə bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sözləşmə və toplaşmada iştirak etmək”, “sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai nizam-intizamı pozmaq”da günahlandırılaraq 7 il həbs cəzasına və 74 şallaq zərbəsinə məhkum edilmişdi. Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdi.

 

Daha sonra onun barəsində çıxarılan cəzalar bir il həbs ilə əvəz edilib.

 

Zəncanlı tələbə 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılmışdı. O, 23 gün təknəfərlik kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
 
Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetində mədəni və qanuni fəaliyyətlərlə məşğul olub.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09

gun az article

Germidə dəhşətli yol qəzası: 5 nəfər həlak olub

2021-05-09

gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08