SON XƏBƏRLƏR

Şinzo Abe Amerika-Şimali Koreya sammitinin yerinin və vaxtının təyin olunmasını alqışlayıb

2021.10.20, 07:36
Şinzo Abe Amerika-Şimali Koreya sammitinin yerinin və vaxtının təyin olunmasını alqışlayıb

Gunaz.tv

GünAz TV: Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ və Şimali Koreya liderlərinin sammitinin keçiriləcəyi yerin və vaxtın təyin edilməsini alqışladığını bildirib.

 

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir mayın 11-də jurnalistlərə deyib.

 

Ş.Abe ümid etdiyini bildirib ki, bu tarixi sammit Şimali Koreyanın nüvə proqramı, oğurlanmış yapon vətəndaşları və digər mühüm məsələlərin həllində böyük tərəqqiyə səbəb olacaq.

 

Baş nazir əlavə edib ki, o, sammitə hazırlıq ərəfəsində ABŞ Prezidenti Donald Trampla sıx əlaqə saxlayaraq həmin məsələlərlə bağlı Yaponiyanın mövqeyini çatdıracaq.

 

Ş.Abe deyib ki, danışıqların uğurlu alınması üçün Yaponiya, eyni zamanda, ABŞ, Cənubi Koreya, Rusiya, Çin və beynəlxalq ictimaiyyət ilə sıx əməkdaşlığı davam etdirəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar