SON XƏBƏRLƏR

Sıra Rəşt şəhərində: “"Traxtur" karvanını daşıyan avtomobilə hücum olub, azərbaycanlılar aşağılanıb”

2021.10.20, 07:36
Sıra Rəşt şəhərində: “"Traxtur" karvanını daşıyan avtomobilə hücum olub, azərbaycanlılar aşağılanıb”

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol taxımı Rəştdə keçirdiyi müsabiqə zamanı, "Damaş" tərəfdarları azərbaycanlıları kobudca təhqir ediblər.

 

“Dünən axşam keçirilən “Traxtur-Damaş” müsabiqəsində Gilanlı tamaşaçılar “Traxtur” oyunçularına olduqca şiddətli təzyiq etdilər. Onlar 90 dəqiqəlik oyun zamanı utanmadan oyunçularla birlikdə Azərbaycan xalqının kimliyi və milli heysiyyətini təhqir etdilər. mən buna görə təssüf hissi keçirirəm.” Bu sözləri "Traxtur" taxımının kapitanı Murtaza Əsədi bildirib.

 

Daha bir məlumata görə, müsabiqə bitdikdən sonra "Traxtur" taxımının üzvləri stadionu (stadiomu) tərk edib və avtobusa (otubusa) mindikdən sonra, "Damaş" taxımının tərəfdarları "Traxtur"çuları daşıyan avtomobilə hücum ediblər. Onlar avtomobilin şüşələrini qırıb və xoşagəlməz şüarlar səsləndiriblər. Avtomobil sürücüsü isə hotelə gəlmək üçün yolunu başqa istiqamətə (məsirə) tərəf dəyişməyə məcbur olub. Ancaq sonda ciddi bir hadisə olmadan “Traxtur” karvanı hotelə çatmağa nail olub.

 

İndi sıra inzibati komitədədir. Yenədəmi inzibati komitə qarşı taxımın etdiyi suça görə, "Traxtur"u cəzalandıracaq?!

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar