Şiraz prokuroru: “Kir məqbərəsi ətrafındakı toplantının təşkilatçıları tutulub”

2016-10-31 16:04

GünAzTV: Şiraz prokuroru Əli Salehi oktyabrın 31-də jurnalistlərə aqçıqlamasında bir neçə gün əvvəl Əhəmənilər (Həxaməneşilər) sülaləsinin ilk padişahı sayılan Kir (Kuruş) məqbərəsi ətrafında keçirilən toplantı təşkilatçılarının məsuliyyətə cəlb edilməsindən danışıb.

 

Əli Salehi deyib ki, qanunsuz keçirilən toplantıda, hakim islam sisteminin dəyərlərinə zidd şüarlar səsləndirilib: “Bu qanunsuz toplantını təşkil edənlər və onun mövcud dəyərlərə qarşı çıxan əsas təşkilatçıları tutulub və barələrində artıq iş açılıb. Həbs edilən həmin şəxslərin bütün hərəkət və əməlləri əvvəlcədən ölkənin təhlükəsizlik qurumları tərəfindən nəzarətə alınmışdı. Aparılan tədqiqatlardan sonra, hakim dəyərlərə zidd şüarlar səsləndirilən bu hərəkətin bütün liderləri və onun digər əsas amilləri müəyyənləşdirildikdən sonra məsuliyyətə cəlb edilib. Məsələ isə hazırda araşdırılır”.

 

Şiraz prokuroru tutulan şəxslərin adlarını, hazırda harada saxlanıldıqlarını və onların neçə nəfər olduğunu açıqlamayıb.

 

Xatırladaq ki, Oktyabrın 28-də İranın Şiraz şəhərinin yaxınlığındakı Pasarqadda Kirin (Kuruşun) məqbərəsi qarşısında aksiya keçirilib. Paniranist təfəkkürlü millətçi gənclər, fars millətçiliyinin əsas simvollarından sayılan Kiri (Kuruşu) anaraq ərəblərə qarşı şüarlar səsləndiriblər. “Deyirlər ki, hər şey Allahın əlindədir, bizim isə çəkdiyimiz bütün müsibətlər ərəblərdəndir”, “Biz arilərik (ariyayilərik) və ərəbləri pərəstiş etmirik”, “İran bizim vətənimiz, Kir (Kuruş) isə atamızdır” və “Pəhləvi, pəhləvi” şüarları səsləndirən aksiyaçılar, həm də İranın keçmiş şahının xaricdə mühacirətdə yaşayan oğlu Rza Pəhləviyə dəstək veriblər.

 

Bir neçə min millətçi fars gəncinin iştirakı ilə keçirilən və iki-üç saat davam edən aksiya hökumət qüvvələrinin müdaxiləsindən sonra başa çatıb. Qeyd edək ki, İranda oktyabrın 28-i (7 aban günü) qeyri rəsmi olaraq paniranistlər tərəfindən Kir (Kuruş) günü elan edilib.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19