SON XƏBƏRLƏR

Şiraz Şəhər Şurasının rəisi Qaşqay türklərinə qarşı təhqiramiz ifadə işlədib – VİDEO

2021.10.20, 07:36
Şiraz Şəhər Şurasının rəisi Qaşqay türklərinə qarşı təhqiramiz ifadə işlədib – VİDEO

Gunaz.tv

GünAz TV: Şiraz Şəhər Şurasının rəisi irqçi mövqe sərgiləyərək Qaşqay türklərinə qarşı təhqiramiz ifadə işlədib.

 

Əhmədrza Dəstğeyb Şəhər Şurasının cümə axşamı günü keçirilən iclasında bildirib ki, Şiraza gələn hər kəs özünü Şirazın əhalisi kimi hesab edə bilməz.

 

O Qaşqay türklərini şəhərləşmə üsulu ilə tanış olmadığını təkidlə vurğulayıb. “Allah Abadlaşdırma İdarəsinin (keçmiş “Cihad Sazəndəgi” idarəsi) atasına rəhmət eləsin ki, 10 dənə körpü salaraq bəzilərinin şəhər gəlməsinə səbəb oldu. Onlar indi şəhərli olduqlarını iddia edirlər.”- deyə Ə.Dəstğeyb bildirib.

 

Məlumata görə, Şuranın Mehdi Hacəti adlı üzvü rəisinin Qaşqay türkləri barəsindəki çıxışını irqçilik və faşizm adlandırıb, lakin Ə.Dəstğeyb onun məntiqsiz və ağılsız olduğunu iddia edib və etiraz əlaməti olaraq iclası tərk edib.

 

https://www.youtube.com/watch?time_continue=37&v=C3QGhx5yIM0

 

“Baydaq” saytının yaydığı məlumata görə, Şura rəisi bu sözləri bir qrup Qaşqay türkü Fars Valiliyi binası qarşısında mənəvi və coğrafi hüdudlarının tanınması tələbi ilə keçirdiyi etiraz yığıncağından sonra dilə gətirib.

 

“Qaşqay Yurd” Qaşqay türklərinin tarixi torpağıdır. Bu ərazi “Kohkiluye və Boyr Əhməd”, “Çahar mahal və Bəxtiyari”, İsfahan, Fars və Buşer əyalətlərinin bir hissəsinə şamil olur.

 

Qaşqay türkləri İranda ən böyük türk topluluqlarından biridir. Onların sayı barədə dəqiq statistik məlumat yoxdur, qeyri-rəsmi məlumatlara görə İran adlanan coğrafiyada təxminən 3 milyon Qaşqay türkü yaşayır.

 

İranda qaşqay türkləri də Azərbaycan və türkmən türkləri kimi davamlı olaraq təhqirlərə, həmçinin iqtisadi və mədəni baxımdan ayrı-seçkilik siyasətinə məruz qalır. Qaşqayların yaşadığı məntəqələrdə coğrafi adlar sistemli şəkildə hökumət tərəfindən dəyişirilir və ya fars dilinə tərcümə edilərək təhrif edilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar