SON XƏBƏRLƏR

ŞİRAZDA 70 YENİYETMƏ HƏBS EDİLİB

2021.10.20, 07:36
ŞİRAZDA 70 YENİYETMƏ HƏBS EDİLİB

Gunaz.tv
ŞİRAZDA 70 YENİYETMƏ HƏBS EDİLİB İranın cənubunda yerləşən Şiraz şəhərinin Qəlat məntəqəsində bir bağ evində şənlik kampaniyasına qatılan 70 yeniyetmə oğlan və qız həbs edilib. «Media forum» saytının məlumatına görə, Şirazın «Bəsic» (hökumət tərəfdarı olan könüllülər) müqavimət qüvvələri üzvlərinin keçirdiyi gecə əməliyyatında yeniyetmələrin şənliyinə qatılan bütün qonaqlar tutularaq polis idarəsinə aparılıb. Şənlik kampaniyasında müxtəlif alkoqollu içkilərin olduğu vurğulanır. İran İslam Respublikası qanunlarına görə, alkoqollu içkilərdən istifadə edən şəxsə şallaq cəzası (70 şallaq) düşür. Yeniyetmələrin hər birinə Şiraz İnqilab Məhkəməsində ayrı-ayrılıqda cinayət işi açıldığı bildirilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar