SON XƏBƏRLƏR

Şirazda baş verən sel və daşqın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - FOTOLAR və VİDEO

2021.10.20, 07:36
Şirazda baş verən sel və daşqın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - FOTOLAR və VİDEO

Gunaz.tv

GünazTV: İranın Fars əyalətinin Şiraz şəhərində intensiv yağan yağışların ardınca baş verən sel və daşqın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

 

Bu barədə İranın səhiyyə naziri Səid Nəməki, martın 25-də jurnalistlərə açıqlama verib. O bildirib ki, təbii fəlakət nəticəsində 19 nəfər ölüb, ən azı 119 nəfər yaralanaraq, Şirazın xəstəxanalarına yerləşdirilib.

 

Fars ostandarı İnayəyullah Rəhimi baş vermiş olayla bağlı jurnalistlərə bildirib ki, şəhərin ətraf yüksəkliklərindən başlayan amansız sel 10 dəqiqə ərzində Şirazın giriş qapısı sayılan “Quran” darvazasında hərəkətdə olan avtomobilləri özü ilə aparıb: “Sel qısa bir zamanda 200-dən çox avtomobili yerindən qopararaq özü ilə aparıb. Təəssüflər olsun ki, iki həftə əvvəl keçirdiyimiz iclasların birində şəhərdə sel və daşqının baş verəcəyi barədə xəbərdarlıq bildirilsə də, bu xəbərdarlıqlar ciddiyə alınmayıb. Daha doğrusu bu güclülükdə bir selin gəlməsini heç kəs gözləmirdi” – deyə İnayətullah Rəhimi əlavə edib.

 

İranın Qızıl Aypara Cəmiyyətinin nicat və imdad təşkilatının rəisi Murtuza Səlimi isə olayla bağlı mediaya açıqlamasında bildirib ki, sel və daşqın nəticəsində 17 nəfər Şirazda, 1 nəfər Kirmanşahda, 1 nəfər də Loristan əyalətində həyatını itirib: “Şirazda ölənlərdən 6-sı kişi, 7-si qadın, 3-ü oğlan, 1-i isə qız uşaqlarıdır” deyə Səlimi vurğulayıb.

 

Bildirilir ki, gücündən asılı olmayaraq, hazırda İranın 25 əyalətində əhali sel və daşqın təhlükəsi ilə üz-üzə qalıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar