SON XƏBƏRLƏR

Şirazda daha 6 nəfər spirtdən zəhərlənərək ölüb

2021.10.20, 07:36
Şirazda daha 6 nəfər spirtdən zəhərlənərək ölüb

Gunaz.tv

GünAz TV: İranın Fars əyalətində son 24 saat ərzində 90 nəfər spirtdən zəhərlənib.

 

Bu barədə məlumat yayan Şiraz Tibb Elmləri İnstitutunun rəhbərinin müavini Əli Əkbəəri onlardan 6 nəfərinin öldüyünü deyib. O, 7 nəfərin vəziyyətinin ağır olduğunu, 8 nəfərin isə yüngül zəhərləndiyi üçün artıq evə buraxıldığını bildirib.

 

Spirt içmək nəticəsində zəhərlənən həmin şəxslərdən 53-ü Şiraz, 37 isə digər şəhərlərin sakinləridir.

 

Xatırladaq ki, son günlər İranın müxtəlif əyalətində koronavirusla mübarizə apardığını düşünərək, kustar usulla hazırlanmış alkoqollu içkilər içdiyi üçün onlarla insan ölüb. Eləcə də zəhərlənmə nəticəsində bir neçə nəfərin görmə qabiliyyətini tamamən itirdiyi barədə məlumatlar var.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar