SON XƏBƏRLƏR

Şirazın “Bəhmən” kinoteatrında güclü yanğın baş verib

2021.10.20, 07:36
Şirazın “Bəhmən” kinoteatrında güclü yanğın baş verib

Gunaz.tv

GünAz TV: Şirazın “Bəhmən” kinoteatrında güclü yanğın baş verib.

 

Şiraz şəhər Yanğınsöndürmə Xidmətinin yaydığı məlumata görə, onlara “Bəhmən” kinoteatrında yanğın baş verməsi ilə bağlı xəbər daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib.

 

Yanğının miqyası geniş olduğundan, hazırda hadisə yerində 12 yanğınsöndürən maşın işləyir. Alovun hələ də tam olaraq söndürülmədiyi deyilir.

 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar