SON XƏBƏRLƏR

ŞİRAZIN İMAM CÜMƏSİ: «BİZ QAPILARA QIFIL VURDUĞUMUZ KİMİ, QADINLAR DA HİCABA TAM RİAYƏT ETMƏLİDİR»

2021.10.20, 07:36
ŞİRAZIN İMAM CÜMƏSİ: «BİZ QAPILARA QIFIL VURDUĞUMUZ KİMİ, QADINLAR DA HİCABA TAM RİAYƏT ETMƏLİDİR»

Gunaz.tv
2008-06-27 - 19:32:00 İyunun 27-də Fars əyalətinin mərkəzi Şirazın imam cüməsi ayətullah Məhiyyəddin Haeri Şirazi şəhər kənarındakı şadlıq evlərinin yığışdırılmasını tələb edib. O deyib ki, əvəzində şəhərdəki hər bir mühüm məscidin kənarında bir nikah və şadlıq evi tikilməlidir. «Media forum» saytının məlumatına görə, Şirazi həmin şadlıq evlərində toy mərasimləri adı altında qadınların hicabına xələl gətirən eyş-işrət məclislərinin təşkil olunduğunu söyləyib. İmam cümə qadınların hicab məsələsinə də toxunub: «Biz öz ev-eşiyimizi oğrulardan qorumaq üçün qapılara qıfıl vurduğumuz kimi, qadınlar da öz təhlükəsizliklərini qorumaq üçün hicaba tam riayət etməlidir. Əgər hər bir qadın öz geyimi ilə kişinin diqqətini özünə cəlb edirsə, deməli, o özü öz təhlükəsizliyinə xələl gətirir. Əgər qadınlar cəmiyyətdə öz rəftar və hərəkətlərinə fikir versələr, örtülü və uyğun geyim geysələr, heç kəs onlara təcavüz etməyə cəsarət etməz. Əks halda onlar öz təhlükəsizliklərinin təhdid olunmamasını gözləməsinlər».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar