SON XƏBƏRLƏR

Sircanda bir qrup vəzifəli şəxs korrupsiya ittihamı ilə həbs edilib

2021.10.20, 07:36
Sircanda bir qrup vəzifəli şəxs korrupsiya ittihamı ilə həbs edilib

Gunaz.tv

GünAz TV: Kirman əyalətinin Sircan şəhər prokuroru Möhsün Nikvərz Nəcəfşəhrin Şəhər Şurası və bələdiyyəsinin 6 vəzifəli şəxsinin həbs edildiyini deyib.

 

Onun sözlərinə görə, Sircan şəhəri yaxınlığında tutulanlar bələdiyyə sədri, Şəhər Şurasının rəhbəri və bələdiyyənin 4 məsul işçisidir.

 

Prokuror onların mənimsəmə, rüşvət alma və dövlət müamilələrinə müdaxilə etməkdə müqəssir bilindiklərini, törətdikləri maliyyə cinayətlərinin həcminin milyardlarla riyal olduğunu deyib.  

 

Möhsün Nikvərz bir müddət öncə də bələdiyyənin əməkdaşlarından birinin oxşar ittihamlarla həbs olunduğunu əlavə edib.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində İranda onlarla vəzifəli şəxsin rüşvət aldığına görə həbs edildiyi barədə xəbərlər yayılıb.

 

Amerika Birləşmiş Ştatları tez-tez rejimin kökündən fasid olduğu, başda Əli Xamneyi olmaqla, məsulların böyük korrupsiya əməllərinə bulaşdığı barədə məlumatlar yayınlayır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar