SON XƏBƏRLƏR

Şirin İbadi Beynəlxaq İnsan Haqları Şurasını fəaliyyətsizlikdə günahlandırır

2021.10.20, 07:36
Şirin İbadi Beynəlxaq İnsan Haqları Şurasını fəaliyyətsizlikdə günahlandırır

Gunaz.tv
Şirin İbadi Beynəlxaq İnsan Haqları Şurasını fəaliyyətsizlikdə günahlandırır "BMT-nin İranda insan hüquqlarının vəziyyətilə bağlı qətnamələri kağız üstündə qalır" Təbriz Quzeyli Şərq xalqlarının, xüsusən, müsəlmanların özünü məzlum göstərənlərə yaman tez yazığı gəlir. Bəlkə də bunun səbəbidir ki, Azərbaycanın, Türkiyənin, İranın, ərəb ölkələrinin şəhərləri dilənçilər, qaraçılarla doludur. İnsanların dini hisslərindən sui istifadə edən, tez-tez Allahın, peyğəmbərin, müqəddəs insanların adını çəkib camaatdan pul dilənənləri hamımız görmüşük. Dilənçilərin, qaraçıların əsas iş prinsiplərindən biri budur ki, "özünü məzlum göstər, xalq sənə pul verəcək və ya yardım göstərəcək". İnsanların dini hisslərindən sui-istifadə edənlər siyasət dünyasında da çoxdur. Hətta demokratik ölkələrdə belə insanların dini hisslərindən sui-istifadə edən və özünü məzlum göstərən qüvvələr seçkilər yolu ilə hakimiyyətə gələ bilirlər. Dünyəvi qüvvələrin etirazları, narazılıqları fonunda "mülayim" dinçilərin guya təzyiqlərə məruz qalması haqqında şou yaparaq seçicilərin dəstəyini qazanması faktlarını sadalamaq mümkündür. Amma İranın prezidenti Mahmud Əhmədinejadla müqayisədə özünü məzlum göstərən başqa ölkələrdəki hər hansı dinçi siyasi qüvvələr toya getməlidir. Əgər fikir vermisinizsə, Mahmud Əhmədinejad hər dəfə durduğu yerdə bəyanat verir. Hətta İran-ABŞ münasibətləri dünyanın gündəmində olmayanda belə Əhmədinejad ortaya çıxıb ABŞ-ın, İsrailin əleyhinə hansısa söz söyləyir. Gah Corc Buşu dəli sayır, gah İsraili yer üzərindən siləcəyini bəyanlayır, gah da Qərbin İranın nüvə proqramının qarşısını ala bilmədiyini deyir. zormal məntiqlə qiymətləndirsək, nüvə proqramına görə Qərblə üz-üzə duran bir ölkənin prezidenti, rəhbər şəxsləri daha ehtiyatlı bəyanat verməli, problemdən çıxış yolu aramalıdırlar. Amma İran rəhbərlərinin məqsədyönlü şəkildə münasibətləri gərginləşdirməyə yönələn bəyanatları son dövrdə daha intensiv səslənir. Sanki hərbi büdcəsi 547 milyard dollar olan Birləşmiş Ştatlar deyil, İrandır. zeftin qiymətinin qalmasıyla daha geniş şəkildə korrupsiyaya, rüşvətxorluğa qurşanan İran rəhbərliyi olan qalan pulu da Buşəhrdə, zatanzda nüvə obyektlərinin, AES-in tikintisinə, uranın zənginləşdirilməsinə, əslində atom silahı hazırlanmasına xərcləyir, əhali isə sosial problemlər girdabına düşür. Hələlik İranın fars-molla rejimi ABŞ-a təpik atır, müharibədən, döyüşdən danışır. Guya mollalar bilmir ki, bu günlərdə ABŞ-ın qəzaya uğrayan gözəgörünməz "B" təyyarəsinin qiyməti 1,2 milyard dollardır, həmin təyyarədən 5 ədədinin qiyməti İranın bütün hərbi büdcəsinə bərabərdir. Baş verənləri araşdıranda Mahmud Əhmədinejadın iki gündən bir çıxıb ABŞ-ı, Corc Buşu, İsraili, hərdən- bir Avropanı söyməsinin mühüm səbəbi üzə çıxır. İran prezidentinin, dini rəhbərinin belə bəyanatları birmənalı olaraq daxili siyasət üçün nəzərdə tutulub. Məqsədləri isə aşağıdakı kimi sıralamaq mümkündür. 1. İranın fars-molla rejimi daxili rəydə özünü məzlum, daha doğrusu, ABŞ-ın, İsrailin, Qərbin təzyiqlərinə məruz qalması obrazını yaratmağa çalışır. İranın fars ideologiyasından irəli gələn özünəməxsus dini xüsusiyyətlərini nəzərə alsaq, bu siyasi fırıldaq hər zaman keçərlidir. Mərsiyəxanlıqda usta olan İran rəhbərləri xalqı ağlada bilirlər, insanların dini hisslərini qızışdırıb dəstək qazanırlar. 2. zeftin qiymətinin qalxmasıyla daha çox gəlir əldə edən fars-molla rejiminin gözü ayağının altını seçmir. Ölkədə inflyasiyanın yüksəlməsindən, əhalinin həyat şəraitinin aşağı düşməsindən, rəhbərlikdə gündən-günə şiddətlənən siyasi qarşıdurmalardan, ən mühümü isə xüsusən, Güney Azərbaycan milli hərəkatına qarşı təzyiqlərdən, repressiyalardan diqqəti yayındırmaq üçün Əhmədinejad "xaricdə düşmən axtarışına" çıxıb. Əslində, ABŞ-ı söyə-söyə hakimiyyətə gələn fars-molla rejimi, yenə də ABŞ-ı söyə-söyə hakimiyyətdə qalmağa çalışır, hakimiyyətinin ömrünü uzatmaq niyyətinə düşüb. Amma prezident Corc Buşun, hətta prezidentliyə əsas namizədlər Con Makkeyn və Barak Obamanın qırımlarından görünür ki, İrana zərbə endirilməsi haqqında eyni fikirdədirlər. Sadəcə olaraq, geci-tezi var. Artıq Səddam Hüseyn, Üsama bin Laden kimi, İranın fars-mollla rejimi də ABŞ-a lazım deyil. zeft-qaz qiymətlərinin sürətlə artdığı bir dövrdə Birləşmiş Ştatlar Orta Şərqdə kiminsə şuluqluq salmasını istəmir. Daha dəqiq desək, Qərbi daha tez-tez qıcıqlandrmağa başlayan Əhmədinejad son missiyasını yerinə yetirməyə başlayıb. Bəlkə də elə axırının çatdığını hiss etdiyindən və hakimiyyətdə qalmağın başqa yolunu görmədiyindən ABŞ-ı daha çox ittiham etməyə başlayıb. 3. Daxildəki korrupsiyadan, rüşvətxorluqdan, insan hüquqlarının kütləvi şəkildə pozulmasından, milli hüquqların tapdanmasından diqqəti yayındırmaq üçün "xarici düşmən" "qara şeytan", "sionist" axtarmaqdan yaxşı nə ola bilər? Vəziyyət o həddə çatıb ki, İranın məhkəmə sistemini tədqiq edən və araşdıran komissiyasının rəhbəri Abbas Palizdar Şiraz və Həmədan universitetlərində çıxış edərək ölkənin 50-dən çox rəsmi şəxsini pozğunluq, iştisadi fırıldaqçılıq, dövlət əmlakını mənimsəməkdə günahlandırıb. Mahmud Əhmədinejadın yaxın adamlarından biri sayılan Palizdar deyib ki, iqtisadi mafiyaya rəhbərlik edən şəxsləri İran məhkəmə sisteminin rəhbəri, ayətullah Haşimi Şahrudi himayə edir. Abbas Palizdarın adını çəkdiyi rəsmi şəxslər aoasında Abbas Vais Təbəsi (Məşhədin tanınmış ruhanisi), onun oğlu zasir Vaiz Təbəsi, ayətullah İmami Kaşani (Tehranın imam cüməsi), Məhəmməd Yəzdi (İranın məhkəmə sisteminin keçmiş rəhbəri), onun oğlu Həmid Yəzdi, ayətullah Əbülqasım Xəzəli (Konstitusiya zəzarət Şurasının keçmiş üzvü), parlamentin keçmiş sədri Əli Əkbər zatiq zuri (hazırda dini rəhbərin qərargahının xüsusi müfəttiş qrupunun rəisi), höccətülislam Moezi (həmin qərargahın rəis müavini), Möhsün Rəfiqdust (İran İnqilab Keşikçiləri Korpusunun, "Sepahi-Pasdaran"ın qurucularından biri və Yoxsullar Fondunun keçmiş rəisi), Həbubullla Əsgərövladı (İslam Birliyi Partiyasının sədri), Əli Fəllahian (İranın keçmiş təhlükəsizlik naziri), Əli Əkbər Haşimi Rəfsəncani (keçmiş prezident, indiki Konstitusiya zəzarət Şurasının rəhbəri) və onun oğlanları var. Maraqlıdır ki, Abbas Palizdar iyunun 11-də ictimai fikri çaşdırmaqda, yalan və şaiyə yaymaqda, milli təhlükəsizliyə qarşı çıxmaqda günahlandırılaraq həbs olunub. İran Melli Bank isə onu 6 milyard tümənlik krediti mənimsəməkdə, qaytarmamaqda günahlandıraraq iddia qaldırıb. Amma Abbas Palizdarın çıxışının videolentləri tələbələr arasında geniş yayılıb və internetdə yerləşdirilib. Bir sözlə, fars-molla rejimi içindən çürüyür. Mollaların "qələbələr" haqqında bəyanatlarına baxmayaraq İranın dinçi siyasi sistemi səmərəsizliyini, xalqın, dövləti, milləti soymaq alətinə çevrildiyini sübuta yetirir. İranın kiçik qonşu ölkələrə hədə qorxu gəlməsinə baxmayın. Belə vəziyyətdə ABŞ-ın İrana nəinki ordu, bir neçə raket zərbəsi enedirsə, fars-molla rejiminin fatihəsi verilər. 4.İranın fars-molla rejimi Güney Azərbaycan türklərinə qarşı xüsusi qəddarlıq nümayiş etdirir. Bu faktları sadalamaqla bitmir.Məsələn, bü günlərdə, Təbriz məhkəməsi məşhur jurnalist Əli Dadaşiyə 50 şallaq zərbəsi təyin edib. "Ettellaat"ın göstəriyşiylə Təbriz universitetinin tələbələri Səccad Radmehr və zadir Mədhqarabağıyə diplom işinin müdafiəsinə şərait yaradılmayıb, il yarım təhsil almaq hüququndan məhrum olunublar. Tələbələr universitet daxilində etiraz aksiyaları keçirməkdə günahlandırılırlar. Aydın Xocalıya da diplom verilməyib. İyunun 10-da Tehran İnqilab Məhkəməsinin hakimi Səlavatinin rəhbərliyi ilə keçirilən məhkəmədə 9 azərbaycanlı jurnalist-milli fəal, universitet müəllimləri haqqında hökm çıxarılıb. Jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur 8 il müddətinə azadlıqdan məhrum olunub. Saleh Kamrani, Abdulla Abbasi Cavan, doktor Məhəmmədi Heydər, Cəlil Qənilu, Əlirza Mətinpur, Yaqub Saleki ziya, Mirqasım Seyidinzadə, Behruz Cəfəri, Leyla Heydəri hərəsi 1 il müddətinə azadlıqdan məhrum olunublar. Onlar İran dövlət quruluşuna təbliğat aparmaqda günahlandırılırlar. İyunun 11-də milli fəallar Əhəd Rəzəvi, Əmir Binayi Sabiq, Cəmşid Zarei, Kamal Əşrəfi "Ettellat" həbsxanasından Təbriz həbsxanasına köçürülüblər. Yerli və beynəlxalq hüquq müdafiəçiləri vəziyyətdən narahatdırlar. İnsan haqları komitəsinin üzvü Hadi Qayiminin bildirir ki, beynəlxalq aləmin nüvə proqramı ilə əlaqədər rəsmi Tehrana təzyiqləri fars-molla rejiminin ölkədəki millətlərə qarşı hücumlarını genişləndirib. zobel sülh mükafatçıçı, hüquq müdafiəçisi xanım Şirin İbadi isə BMT-nin Beynəlxaq İnsan Haqları Şurasını fəaliyyətsizlikdə günahlandırıb, bu təşkilatın İranda insan hüquqlarının vəziyyətilə bağlı qətnamələri kağız üstündə qaldığını vurğulayıb. Onun sözlərinə görə, İranda günü -gündən artan insan hüquqlarının kütləvi şəkildə pozulması faktlarının qarşısını almaq lazımdır, beynəlxalq aləm bu dəhşətli vəziyyətə reaksiya verməlidir. www.xalqcebhesi.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar