SON XƏBƏRLƏR

Şirin İbadi: İrana qarşı siyasi sanksiyalar tətbiq etmək vacibdir

2021.10.20, 07:36
Şirin İbadi: İrana qarşı siyasi sanksiyalar tətbiq etmək vacibdir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Trend News-un Nobel mükafatı laureatı, İranın insan haqları müdafiəçisi Şirin Ebadi ilə müsahibəsini olduğu kimi təqdim edir. - Xanım Ebadi, bu yaxınlarda siz, növbəti həftəyə planlaşdırılan Mahmud Əhmədinejadın andiçmə mərasimi öncəsi İrana qarşı beynəlxalq təzyiqləri gücləndirməyə çağırdınız. Sizin fikrinizcə, hazırkı böhrandan hansı çıxış imkanları var? - İrandakı hazırkı vəziyyət həqiqətən də kritikdir. İnsanlara beynəlxalq dəstək indi daha çox lazımdır, nəinki sonra. Beynəlxalq diqqət və təzyiq Tehranda güllələməyə çağıran şəxslərə təsir edirsə, o zaman onu dəstəkləmək və gücləndirmək lazımdır. - Siz təzyiqin hansı üsullarını nəzərdə tutursunuz? Siyasi, iqtisadi sanksiyaları, yoxsa başqa bir şey? - Mən iqtisadi sanksiyanın və hərbi müdaxilənin əleyhinəyəm. Bu ilk növbədə yeni hərbi əməliyyatlara gətirib çıxarır və insanları hökumətlə birləşməsinə səbəb olur. Lakin siyasi sanksiyalar tətbiq edilməlidir. Diplomatik əlaqələri pozmaq lazım deyil, bunun əvəzinə səfirliyin statusu konsulluq səviyyəsinə kimi salına bilər. Bu, İran xalqına ziyan verməyəcək, lakin hökumətin izolyasiyasını nümayiş etdirəcək. Digər tərəfdən dünya buna laqeyd qalarsa, İran xalqının vəziyyəti pisləşəcək. Xüsusilə də BMT daha aydın və qətiyyətli mövqedə olmalıdır. İnsan haqlarının müdafiəsi mexanizmi və digər üsullarla BMT İranda olan pozuntu hallarını araşdırmalı və ölkədə baş verən hadisələrdə məsuliyyət daşıyan insanlara cavab olaraq nə vaxtsa istifadə oluna biləcək sübutlar toplamalıdır. Əgər bir ölkə diktator rejiminin hökm sürdüyü digər ölkədə demokratiyanın qurulmasını dəstəkləmək istəyirsə, bunun yeganə yolu ölkədə demokratik institutların qurulması, azadlıq üçün mübarizə aparanlara dəstək olmaqdır. Qərbdəki heç bir kəs bu gün İranda nə baş verdiyini təsəvvür edə bilməz. Ötən həftə təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər. Əhali ilə hakmiyyət arasındakı gərginliyi hakimiyyət qüvvələrinin öz xalqına qarşı amansız hərəkətlər tətbiq etməsini dayandırması, bütün həbs olunan nümayişçilərin azad edilməsi və ölənlərin ailələrinin təzminat alması halında aradan qaldırmaq mümkündür. - Bəzi ekspertlərin fikrincə, İran kimi ölkələrdə teokratiyanın dərin kökləri var, insanları küçələrdə birləşən kütləyə cəlb etmək çətindir. Sizin fikrinizcə, bütün bunlar bu hərəkətlərlə hökumətə təsir göstərməyin çətin olması səbəbi ilə əlaqədardırmı? - Həm bəli, həm də yox. İlk növbədə, İranda müxalifətin etirazları hökumət xalqa qarşı amansız hərəkətlərini dayandırmayana və yeni seçkilərin keçirilməsinə icazə verməyənə kimi davam edəcək. İranda gərginlik hökumətin xalqın istəyinə hörmət etməsi və reformistlər hərakatına qarşı amansız hərəkətləri dayandırması halında azalacaq. İkicisi isə, İranda vəziyyət təkcə İran üçün deyil, eyni zamanda bütün İslam dünyası üçün tarixi hadisədir, belə ki, öz etirazlarını bildirmək üçün böyük sayda insan kütləsi birgə dini mərasimlərdə iştirak edir. - Qərb ölkələrinə səyahətinizdən sonra nə planlaşdırırsınız? Nyu-Yorkdan Almaniyaya kimi bütün dünya üzrə həyata keçirdiyiniz aksiyalarınızdan sonra İrana qayıtmaq imkanınız varmı? - İran hökumətinin nümayəndə heyətinin ölkəyə gəlməsinə icazə verib verməyəcəyi hələ ki, məlum deyil. Lakin bütün təhlükələrə baxmayaraq, mən Tehrana, evimə, yoldaşıma və işimə qayıtmağa qərar vermişəm.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar