GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Zabul şəhərində baş verən silahlı qarşıdurmada daha 2 İran sərhədçisi həlak olub.
Hadisə, iyunun 20-si axşam saatlarında baş verib. Bildirilir ki, qarşıdurma, naməlum silahlı dəstənin üzvləri sərhəddi keçərək ölkə ərazisinə keçərkən baş verib və bir müddət davam edən atışmada 2 İran sərhədçisi (Möhsün Şəhrəki və Calal Behbudi) güllə yarası alaraq yerindəcə həlak olub, 3 sərhədçi yaralanıb. Yaralılar xəstəxanaya köçürülüb.
Silahlı dəstə üzvlərinin mümkün itkiləri və onların kimliyi barədə hər hansı bir məlumat yayılmayıb.
A.M