SON XƏBƏRLƏR

Sistan-Bəlucistanda naməlum yaraqlı dəstə üzvləri ilə silahlı qarşıdurmada hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı ölüb, 3-ü yaralanıb

2021.10.20, 07:36
Sistan-Bəlucistanda naməlum yaraqlı dəstə üzvləri ilə silahlı qarşıdurmada hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı ölüb, 3-ü yaralanıb

Gunaz.tv

GünazTV: İranın Sistan-Bəlucistan əyalətinin Bəzman magistral yol istiqamətində naməlum yaraqlı dəstə üzvləri ilə baş verən silahlı qarşıdurmada yerli hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı ölüb, 3-ü yaralanıb.

 

Bu barədə Sistan-Bəlucistan əyalətinin Nikşəhr şəhərinin prokuroru Möhsün Gülməhəmmədi jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, hadisə sentyabrın 16-sı axşam saatlarında əyalətin Bəzman magistral yol istiqamətində baş verib. Bölgədə reyd keçirən hüquq-mühafizə qüvvələri ilə yaraqlı bəluclar arasında qarşıdurma yaranıb. Atışma nəticəsində hüquq-mühafizə qüvvələrinin əməkdaşı Mustafa Mohebbi Parsa ölüb, 3-ü ağır yaralanaraq xəstəzanaya yerləşdirilib. Yaraqlı bəluclar hadisə yerindən qaça biliblər.

 

Prokurur, naməlum yaraqlı dəstə üzvlərinin hansı müxalif bəluc təşkilatına bağlı olması barədə hər hansı bir açıqlama verməyib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar