Sistan-Bəlucistanda “Sepah”ın iki avtomobilinə hücum edilib. 5 “Sepah”çı öldürülüb, 3-ü girov götürülüb

2021-03-03 10:26

İranın Sistan-Bəlucistan əyalətində sünni məzhəbli bəlucların milli və dini hüquqları uğrunda silahlı mübarizə aparan “Ceyş ül Ədl” təşkilatına üzv yaraqlıların “Sepah”ın iki avtomobilinə qarşı silahlı hücumunda 5 “Sepah”çı öldürülüb, 3-ü isə girov götürülüb.

Gunaz.tv Quote | Gunaz article

Hadisə, martın 2-si axşam saatlarında Sistan-Bəlucistan əyalətinin Pakistan sərhədinə yaxın Keşteqan məntəqəsinin Bəmpəşt hissəsində baş verib.


Bəluc Fəalları Kampaniyasının rəhbəri Abdulla Arif BBC televiziyasına açıqlamasında deyib ki, bölgədə reyd keçirən “Sepah” terror təşkilatının iki avtomobili “Ceyş ül Ədl” təşkilatı yaraqlılarının hücumuna məruz qalıb: “Silahlı hücumda 5 “Sepah”çı yerindəcə öldürülüb, 3-ü isə girov götürülüb”, -deyə o bildirib.


Bu olaydan az sonra “Sepah”ın Sistan-Bəlucistandakı quru qüvvələrinin “Qüds”  qərargahı bəyanat yayaraq, silahlı hücumda öldürülənlərin “Sepah”ın mühəndis vahidinin qüvvələrindən olduqlarını açıqlayıb. 


Hücumçular hadisə yerindən qaça biliblər. Onların girov götürdüyü 3 “Sepah”çının haraya aparıldığı bilinmir. 


Xatırladaq ki, fevralın 22-də Sistan-Bəlucistan əyalətinin Pakistanla sərhəd məntəqəsində “Sepah” terror təşkilatı qüvvələrinin motosikletlə yanacaq daşıyan bəluclara qarşı odlu silahlardan atəş açması nəticəsində ən azı 37 yerli bəluc həlak olub, 5-i yaralanıb.


Hadisə, yerli hüquq-mühafiz qüvvələrinin sərhəd məntəqəsini bəlucların üzünə bağlamasından sonra baş verib. Sərhəd məntəqəsinə toplaşan və sərhəddin açılmasını tələb edən bəluclar, hadisə yerinə gələn “Sepah” qüvvələri tərəfindən odlu silahlarla atəşə tutulublar. 


Yayılan məlumata əsasən, hücumda öldürülən bəlucların meyitləri ailələrinə təhvil verilmədən gizli şəkildə sərhəd məntəqəsində qazılan kütləvi məzarlıqlarda basdırılıb.


Qeyd edək ki, Sistan-Bəlucistan vilayəti İranın ən yoxsul və baxımsız əyaləti sayılır. Bu əyalət sakinlərinin 70%-ndən çoxu işsiz və kasıbdır və bəluclar ailələrini dolandırmaq üçün ya narkotik maddə qaçaqmalçılığı ilə, ya da motosiklet vasitəsilə İrandan Pakistan ərazisinə yanacaq daşıyıb yuxarı qiymətə satmaqla gündəlik çörək pullarını qazanırlar. Hökumət isə onları “yanacaq qaçaqmalçıları” adlandıraraq, bunun qarşısını almağa çalışır. 


Sünni məzhəbli bəluclar isə İran İslam Respublikası hökumətini bəluc xalqına qarşı ayrı-seçkilikdə, onları qəsdən yoxsul saxlamaqda, onların ağır və acınacaqlı iqtisadi durumuna laqeyd yanaşmaqda, milli və dini hüquqlarını tapdamaqda günahlandırırlar. 

نقشه سراوان

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Loristan əyalətində yol qəzası nəticəsində 5 nəfər ölüb

2021-04-17

gun az article

Qabi Aşkenazi: “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq çün əlimizdən gələn hər bir işi edəcəyik”

2021-04-17

gun az article

Ermənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb, 24 nəfər ölüb

2021-04-17

gun az article

Rusiyada Ukraynanın konsulu saxlanıldı

2021-04-17

gun az article

Ağdam – yer üzündən silinmiş şəhər-Səfər QEYDLƏRİ-FOTOLAR

2021-04-17

gun az article

Şoyqudan Qarabağda mina AÇIQLAMASI

2021-04-17

gun az article

Dövlət Departamenti Rusiyanın sanksiyalarına reaksiya verdi

2021-04-17

gun az article

ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”

2021-04-17

gun az article

Bayden: “İranla danışıqlar davam edir”

2021-04-17

gun az article

ABŞ-da polislə atışmada iki mülki şəxs ölüb

2021-04-17

gun az article

Səfir Giorgi Cancqava: “Naxçıvan dəhlizi regional inteqrasiyanı gücləndirəcək”

2021-04-16

gun az article

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı

2021-04-16

gun az article

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

2021-04-16

gun az article

Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlanıb

2021-04-16

gun az article

Ərdoğan və NATO Baş katibi Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər

2021-04-16

gun az article

Azərbaycanda son sutkada COVID-19-dan sağalanlar yoluxanlardan çox olub

2021-04-16

gun az article

Rusiya DİN MDB ölkələrinə ultimatum verdi

2021-04-16

gun az article

Angela Merkelə "AstraZenca" vaksini vurulub

2021-04-16

gun az article

Azərbaycandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

2021-04-16

gun az article

Əli Əkbər Salehi: “Hər saatda 60 faiz zənginləşdirilmiş 9 qram uran istehsal edirik”

2021-04-16