SON XƏBƏRLƏR

Sistan-Bəlucistanda yaraqlı bəluclarla “Sepah”çılar arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

2021.10.20, 07:36
Sistan-Bəlucistanda yaraqlı bəluclarla “Sepah”çılar arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, 3 nəfər bədən xəsarəti alıb

Gunaz.tv

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətində müxalif yerli sünni yaraqlılarla “Sepah”çılar arasında baş verən silahlı qarşıdurmada 4 nəfər ölüb, ən azı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Bu barədə “Sepah”ın quru qüvvələrinin ictimaiyyətlə əlaqədar bölməsi sentyabrın 1-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hadisə, avqustun 31-i sübh saatlarında Pakistanla həmsərhəd Səravan məntəqəsində baş verib. Bildirilir ki, bir qrup silahlı şəxs Pakistan sərhəddini keçib ölkə ərazisinə daxil olarkən “Sepah” qüvvələri ilə qarşılaşıblar. Nətəcədə, tərəflər arasında baş verən atışmada silahlı dəstə üzvlərindən 4-ü yerindəcə həlak olub, 3-ü bədən xəsarəti alıb.

 

 

Yayılan məlumatda, ölən və bədən xəsarəti alan yaraqlı bəlucların adları, onların hansı müxalif bəluc təşkilatına bağlı olduqları və atışmada “Sepah” qüvvələrinin mümkün itkiləri açıqlanmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar