SON XƏBƏRLƏR

Sivil fəal Abbas Nuri Şadkam 35 il həbs, 2 il sürgünə məhkum edilib

2021.10.20, 07:36
Sivil fəal Abbas Nuri Şadkam 35 il həbs, 2 il sürgünə məhkum edilib

Gunaz.tv

GünAz TV: Yəzddən olan sivil fəal Abbas Nuri Şadkamın vəkili Məhəmməd Moqimi müvəkkilinə qarşı ağır hökm çıxarıldığını bildirib.

 

O, Şadkamın ümumilikdə 35 il həbs, iki il isə Sistan və Bəlucistan vilayətinin Nikşəhr şəhərinə sürgünə məhkum edildiyini deyib.

 

Fəal 2016-cı ilin yayında “Telegram” kanallarında yazılar yayınladıqdan sonra “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən həbs edilmişdi. O, 11 ay həbsxanada qaldıqdan sonra 1.5 milyard tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

 

Vəkil əlavə edib ki, məhkəmə öncə Şadkamı edam hökmü nəzərdə tutulmuş “islam müqəddəslərini təhqir etmə”də ittiham etsə də, lakin müvəkkili bu ittihamdandan bəraət alıb. Lakin ona qarşı “bir neçə peyğəmbər və imamı təhqir etmə”, “dövlət əleyhinə təbliğat” və “dini lideri təhqir etmə” kimi qondarma ittihamlar irəli sürülüb. Nəticədə Abbas Nuri Şadkam ağır cəzaya məhkum edilib.

 

Məhəmməd Moqimi sonda bildirib ki, məhkəmənin qərarı ilə çıxarılmış hökmün 7 ili qətidir və müvəkkili bu tarixdən öncə heç bir halda azadlığa çıxa bilməz.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar