Siyamək Mirzayi həbs cəzasının qalan hissəsini çəkmək üçünTehrana aparılıb

2020-12-29 20:41

Dünən, dekabrın 28-i Ərdəbildə yaşadığı binanın girişində təhlükəsizlik məmurları tərəfindən saxlanılan yazıçı və siyasi fəal Siyamək Mirzayi, bu gün məhkumluq cəzasının qalan 1 il 10 gün hissəsinə çəkmək üçün Tehrana aparılıb.

Gunaz.tv Quote | Gunaz article

O, bu gün, 29 dekabr tarixində ailəsi ilə telefon danışığı zamanı bu haqda məlumat verib.

 

Siyamək Mirzayi 28 iyul 2019-cu ildə, 3 illik məhkumluq dövrünü başa vurduqdan bir ay sonra girov qarşılığında Evin həbsxanasından sərbəst buraxıldı.
 

Onun önəcki məhkəmə işinə görə məhkumluq müddətinin 28 iyun tarixində bitməsinə baxmayaraq, həbsxanada haqqında yeni cinayət işi açıldı və həbsdən buraxıldıqdan sonra bir illik sürgün cəzasını çəkmək üçün Qain şəhərinə yollandı.
 
2 Dekabr 2019-cu ildə Siyamək Mirzayinin sürgündə olduğu üçün iştirak edə bilmədiyi məhkəmə iclası keçirildi.

 

Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 3 il Evin zindanında həbs edildikdən sonra Qain şəhərinə sürgün edilən tanınmış fəalı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırmışdı. Həmin ittihama görə 1 il 10 gün həbs cəzası verən hakim hökmün təkmil edilməsi adı ilə fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulması barədə qərar çıxarmışdı.

 

Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi iyunun 13-də Mirzayi barəsində çıxarılan qərarları təsdiq edərək qüvvədə saxlamışdı.

 

O, 13 iyul 2020-ci il tarixində sürgünlük dövrünü başa vuraraq Qindən Ərdəbilə qayıdıb.

 

Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Tehranın Evin həbsxanasına aparılmışdı.
 
O, Evin həbsxanasının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərən qruplarda üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilmişdi. Daha sonra apelyasiya məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz edilmişdi.
 
Magistr dərəcəsində təhsil almaq hüququndan məhrum edilən Siyamək Mirzayi ötən illərdə mədəni fəaliyyətləri səbəbindən rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09

gun az article

Germidə dəhşətli yol qəzası: 5 nəfər həlak olub

2021-05-09

gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08