SON XƏBƏRLƏR

Siyamək Mirzayinin ailəsi onun durumuna görə narahatdır

2021.10.20, 07:36
Siyamək Mirzayinin ailəsi onun durumuna görə narahatdır

Gunaz.tv

Azərbaycanlı tələbə hərəkatı fəalı, Rəşt Universitetinin kənd təsərrüfatı fakultəsinin tələbəsi Siyamək Mirzayi oktiyabr ayının 10-unda  təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilərək bu nazirliyin Ərdəbil bölməsinə göndərilib və hələ də orada saxlanılır.

Siyamək Mirzayı Muğan (Pars Abad) şəhərinə ata evinə baş çəkməyə gəldiyində həbs edilmiş və oradan Ərdəbilin ittilaatına göndərilmişdir.

 Mirzayi ailəsinin məhkəmə və ittilaata dəfələrlə müraciə etdiyi heç bir sonuc verməyib və bu ailə hələ də nigaran vəziyyətdə qalır. Siyamək bəy Mirzayi tutulduğu gündən yalnız bir dəfə evə zəng edə bilmiş bu telefon başlantısı da yarımcıq qalıb və ittilaat məmurları bağlantını söhbət arasında kəsiblər. Mirzayi ailəsinə təhdid -hədələri və telefonda danışıq vəziyyəti bu ailəni Siyamək bəyin durumu üçün narahat edir və onun işkəncə olmasını sanırlar.

Xatırladaq Siyamək Mirzayi son vaxtlar muğanda baş vermiş geniş miqyaslı tutuqlamalarda da həbs edilmişdi və 15 min dollarlıq girovla sərbəst buraxılmışdı. Həmçinin Siyamək bəy bu il magistra dərəcəsini  oxumaqdan da məhrum edilmişdi.

Güneydə başqılar davam edir...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar