SON XƏBƏRLƏR

SİYASƏT HƏQİQƏT TANIMIR . Asif Ata

2021.10.20, 07:36
SİYASƏT HƏQİQƏT TANIMIR . Asif Ata

Gunaz.tv
Asif Ata SİYASƏT HƏQİQƏT TANIMIR 1. Cənubi Azərbaycan Azərbaycan Ruhaniyyatının və siyasi həyatının həlledici amillərindən biridir. Cənubi Azərbaycan – qədim Midiya mahiyyətidir. Zərdüştlük isə bizim əzəli peyğəmbərliyimizdir, Xürrəmdin mahiyyətimizdir. Babəkilik mahiyyətimizdir. Babəkilik isə bizim Azərbaycanımızın mahiyyətinin ifadəsidir. Hürufizmin banisi Nəimi – təbrizlidir. Və ümumən Midiya mahiyyətimiz Cənubi Azərbaycan hadisəmizə təndir. Misalları artırmaq da olar. Buna ehtiyac yoxdur. Cənubi Azərbaycan həm də Azərbaycanın siyasi, ictimai aqi¬bətinin mühüm amillərindən biridir. Cənubi Azərbaycan – Səttar¬xanlıq mahiyyətimizin ifadəsidir. Yenilməzlik, döyüşkənlik, həqi¬qətçilik, cəsarət rəmzidir. Həm də bizim siyasi faciəmizin, fəlsə¬fəmizin, özgələrə gərək olmağımızın tarixi ifadəsidir. Cənubi Azərbaycan problemi müasir Azərbaycanın çıxış yolu, xilas yolu ilə bağlıdır. Cənubi Azərbaycan ilə birləşən Şimali Azər¬baycan 30 milyonluq bir ölkə olur. 30 milyonluq bir ölkənin Zaqaf¬qaziyada və ümumən dünyada siyasi, ictimai vəziyyəti kökün¬dən dəyişilir. Bilirik ki, siyasət həqiqət tanımır. Siyasət mənfəət tanıyır, fürsət tanıyır və gücə baş əyir, gücü sayır. Azərbaycanın 30 mil¬yonluq böyük bir ölkəyə çevrilmək imkanı var ki, bu imkan Zaqaf¬qaziyada və ümumən köhnə SSRİ ölkələrinin çoxunda yoxdur. 30 milyonluq azərbaycanlı erməni azğınlığına qarşı dura bilər¬di, onu məhv eləyə bilərdi. Dünyanın, İnsanın, Həyatın mənası əzəlidir, əbədidir, sonsuz¬dur, kamildir. Bu səbəbdən də cənublu Övladlarımız İnsaniləşmə etiqadına yiyələnməli və adamın İnsan səviyyəsini Ruhani Nicat saymalıdırlar, həm də ateizmin inamsızlığını ifşa etməlidirlər. Bu səbəbdən də cənublu Övladlarımız «nə kapitalizm, nə sosializm» əqidəsinə yiyələnməli, Ruhani Cəmiyyət uğrunda döyüşməlidirlər. Dövlətin funksiyası Ağalığın Atalıqla əvəz olunmasıyla, imtiyaz¬sızlıqla, xalq yaratmaqla, xalqı dünyada təmsil eləmək və qorumaqla, cəmi fərdin, fərdi cəmin təzyiqindən qorumaqla bərabərləşdirilməsi tələbi ilə, fərdi özünüidarəyə və zəhmətkeş mülkiyyətinə əsaslanan ədalətli cəmiyyət idealı ilə bağlıdır. Bu səbəbdən də cənublu Övladlarımız əsl müstəqil Vətən, yəni dünyadan mənimsədiyi dərəcədə dünyaya lazım olan bir Amal uğrunda döyüşməlidirlər; öyrəndiyi dərəcədə öyrədən əsl azadlıq uğrunda döyüşməlidirlər. Və bu səbəbdən də cənublu Övladlarımız Özümlü Şərq uğrunda, özünə qayıdan, öz müəllim siqlətini özünə qaytaran, təqlidçilikdən əl çəkən Şərq uğrunda döyüşməlidirlər. İnam siqləti igidlik və qəhrə¬manlıq siqlətiylə birləşməlidir. Yeganə döyüş yolu budur və bu döyüş yolunun qələbəsi labüddür. Köhnə xurafat, din bayrağı altın¬¬da Cənubi Azərbaycanı fars əsarəti altında daim saxlamaq olar. Yalnız inam, yəni Mütləqə İnam, yalansız İnam, İnsana İnam bayrağı altında Cənubi Azərbaycanı fars əsarətindən qurtarmaq olar və vahid, müstəqil Azərbaycan yaranar – Şərqin Müqəddəs Ocağı. 2. Azərbaycanın bir hissəsi köhnə Albaniya, daha doğrusu, qə¬dim Albaniya Şimali Azərbaycandır. Digər hissəsi Ermənistandakı Göyçə və Qaraqoyunlu mahalları, İrəvan quberniyası – indiki quraşdırılmış Ermənistanın paytaxtı Yerevan şəhəri başda olmaqla, Dərbənd, indi Dağıstanlaşmış, Albaniyanın bir hissəsi olan və o biri hissəsi qədim Oğuz yurdu Borçalı mahalı. Hamısı bir yerdə Azərbaycanın coğrafi ərazi birliyini müəyyən edir. Ancaq xalqımıza, Yurdumuzda yad olan fəlakətli siyasi hadisələr, o cümlədən Türkmənçay yırtıcılığı ona gətirib çıxardı ki, Borçalı gürcüləşdi, daha doğrusu, Borçalını rus çarizmi öz əlaltısı olan Gürcüstan əyanlarına bağışladı. Təbii ki, Borçalıda Azərbaycan dili qalıb, Azərbaycan sazı xü¬susilə qalıb, Azərbaycan məişət ənənələri qalıb. Ancaq gürcü şovi¬nizmi (bunu deməyin artıq vaxtı gəlib çatıb) Borçalını gürcüləş¬dir¬mək, Borçalı camaatını assimilyasiya eləmək, onun xarakterini poz¬maq, onda ikiüzlülüyə, riyakarlığa, diplomatiyaya meyilliyi artırmaq, öz Oğuz mənəviyyatından tədricən ayırmaq, haradasa, kölələşdirmək istəyib. Ancaq bunu ardıcıl şəkildə və addım-addım, haradasa incə, necə deyərlər — sivilizasiya yolu ilə (indi bu söz çox dəbdədir) həyata keçirməyə can atıblar və açıq deyək ki, müəyyən nailiyyətləri də var. Borçalıda saz qalıb, söz qalıb, amma Borçalıda həm də gürcüyə yalmanma, uyğunlaşma uçurumu da daim dərin¬ləşməkdədir. Sazın, sözün qalması yalnız xalqın istedadıyla bağlıdır. Bu, zəmanəyə qarşı durmaqdır əslində: Zəmanə isə gürcü ölkəsində Azərbaycan ruhunun əleyhinədir. Qoy camaat ruhən sınmasın, yerlərini qoyub gəlməsin. Sazına, sözünə layiq olsun. Borçalı Azərbaycanındır və Borçalıda Azərbaycanlılar Azərbaycanı təsdiq edirlər, Gürcüstanı yox. 3. XX əsrin iki böyük hərəkatı var. İndi bizə lazım olan. Birinci – müsavatçılar millətçiliyi, ikinci – Əlibəy Hüseynzadənin pantürkizmi. Bir dəfə mən bu haqda demişəm, yenə deyirəm: müsavatçılar Türk Dünyasının əsl millətçiləriydi. Heç yerdə mil¬lətçilik bu cür açıq şəkildə qoyulmamışdı. Mənim millətçiliyə ver¬diyim yüksək qiyməti hamı bilir. Elə «YENİ MÜSAVAT» qəzetindəki mənim ilk müsahibəm də bununla bağlıydı, millətçiliyin əbədi ideya olması haqqında fikir də orda deyilmişdi. Əgər sosial-demokratizm sinfi bərabərlik ideyasına əsaslanırdısa, Azərbay¬can müsavatçılığı millətlər bərabərliyi ideyasına əsaslanırdı. Müsavat millətçiliyi saf millətçilik idi. Onda heç bir qəsbkarlıq yox idi, ermənilər kimi böyük, yəni qəsbkarlıq bahasına böyüklük istəyi də yox idi. Və həm də gürcü əyanlarındakı gürcü əyançılığı təşəxxüsü, təkəbbürü də yox idi. Ümumən, müsavatçılar saf, təmiz ziyalılar idi. Şərqə bağlı adamlar idilər, hərçənd rus ziyalılığı onların da fikirlərində, əməllərində az-çox yaşayırdı. Ancaq ümumən götürdükdə müsavatçılar Şərq adamları idilər. Ə.Hüseynzadənin pantürkizmi – onun tarixi əhəmiyyəti ondan ibarət idi ki, imperiyalara qarşı, dünyaya qarşı, sivilizasiyalı aləmə qarşı, əslində məkrli, fitnəkar, iblis mahiyyətli Qərb siyasətinə qarşı Türk Dünyasının Birliyi zəruriyyətini dərk eləmişdi. Bu çox doğru yol idi. Təəssüf ki, bu yol həyata keçmədi. 1. XXI əsrdə Ruhaniyyatçılıq Maddiyyatçılığa üstün gələ bilər. Şərq öz əzəli müəllimliyinə qayıda bilər. Qərbçilik aradan qalxa bilər. XXI əsrdə Avropa sivilizasiyası adlanan təzadlı hadisə əvəzinə İnsanilik hadisəsi qələbə çala bilər. XXI əsrdə din əvəzinə İnam, yəni yalansız, yaradansız, cənnətsiz, cəhənnəmsiz, qismətsiz, hurisiz, pərisiz etiqad qalib gələ bilər. XXI əsrdə partiyalar, təşkilatlar, hakimiyyətçilər qarışığı əvəzinə Ocaq ideyası qalib gələ bilər. XXI əsrdə, Ağalıq – Atalıqla, cəmiyyət — xalq birliyi ilə əvəz oluna bilər. XXI əsrdə Cənublu–Şimallı müstəqil Azərbaycan (sözün əsl mənasında, rəmzi mənada yox) yarana bilər. XXI əsrdə fəlsəfə ilə peyğəmbərlik, sənətlə fəlsəfə, elmlə etiqad vəhdəti yarana bilər. XXI əsrdə Təbiətə faydalı münasibət əvəzinə Sevgi, varlıq birliyi, duyğusu yarana bilər. XXI əsrdə tibb dərmanlar sxolastikasından, cəngəlliyindən bitkilərlə müalicə səviyyəsinə yüksələ bilər və xüsusilə də Ruhun Bədən üzərində sahibliyinə əsaslanan təzə müalicə üsulları tapa bilər. XXI əsrdə Əxlaq Qərb hərcayiliyindən və din qapalılığının dairəsindən kənara çıxa bilər. Əxlaq Ruhaniyyatın azadlıq və kamilləşmə səviyyəsinə çata bilər. XXI əsrdə qadına münasibət kökündən dəyişə bilər – Füzulilərin, Nəsimilərin aşiqlik səviyyəsi gerçəkləşə bilər. XXI əsrdə sosializm, kapitalizm dairəsi aradan qaldırılar. İnsanlaşma – İnsanlaşdırma ülvi əmələ çevrilər. Və insan dünyaya gəlməsinə peşman olmaya bilər. Bütün bunlar hamısı bir şərtlə həyata keçirilə bilər — adam İnsan ola bilsə… Çapa hazırladı: Soylu ATALI qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar