Səhhətində problem yaranan siyasi məhbus xəstəxanaya aparıldı

2021-06-29 13:25

Tehranın "Fəşafuyə" həbsxanasında saxlanılan güney azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin sağlıq durumu ağırlaşıb.

Gunaz.tv Quote | Gunaz article

Milli fəal iyunun 29-da Tehran şəhərinin "Loğman" xəstəxanasına köçürülüb.

Endokrinologiya və Metapolizma şöbəsinin xüsusi klinikasına köçürülən Ərirza Fərşiyə dərman verilib. Ona pəhriz resepti yazılıb. Vəziyyətinin ağırlığı nəzərə alınaraq bir neçə gündən bir eyni xəstəxanada təkrar müayinə olunması tövsiyə edilib.

Əlirza Fərşi diabet xəstəliyinə tutulub və həbsxanada yoxlama və müalicə imkanlarından məhrum olduğu üçün durumu ağırlaşıb. Milli fəalın görmə qabiliyyəti zəifləyib. Həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb.  O, normal qidalanma və müalicə imkanlarından məhrum vəziyyətdə saxlanılır.

Bundan öncə Fərşi ailəsi ilə telefon əlaqəsi zamanı  bildirib ki, onun saxlanıldığı bölmədə 2019-cu il noyabr etirazlarında iştirak edən və onun da daxil olduğu 18 siyasi məhbusun siyahısı hazırlanıb. Onlar müəyyən hüquqlarına qadağa qoyulmuş məhbuslar kimi qeydə alınıblar.

Bu siyahıda adı olan məhbuslar həbsxananın ümumi imkanlarından məhrum edilmiş vəziyyətdə saxlanılırlar. Onlar buna etiraz etdikləri təqdirdə təhlükəli məhkumların kameralarına salınaraq incidilirlər.
Siyahıda adı olanlardan biri Hüseyn Haşimi bir müddət öncə məktub yazaraq həbsxanadakı hakim duruma etiraz etdiyi üçün təhlükəli məhkumların kamerasına salınaraq ölümcül şəkildə döyülüb və işgəncə edilib.

Əlirza Fərşi özünün və başqa siyasi məhbusların saxlanıldığı yeri "ölüm bölməsi" adlandırıb və orada yaşamağın mümkün olmadığını qeyd edib.

Siyasi məhbus bundan öncə mayın 27-də saxlanıldığı həbsxananın dözülməz durumu ilə bağlı geniş məktub yazaraq dostları vasitəsilə mətbuta ötürmüşdü.
    
Qeyd edək ki, hal-hazırda paytaxt həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehranda Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb. 

Bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi.

Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Həbsxananın "Ölüm bölməsində" saxlanılan milli fəal Əlirza Fərşinin həyatı təhlükədədir


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16