"Evin"də saxlanılan siyasi məhbus Həmid Mənafi tibb məntəqəsinə yerləşdirildi-SON DƏQİQƏ

2021-04-12 12:45

"Evin" həbsxanasında saxlanılan siyasi məhbus Həmid Mənafi tibb məntəqəsinə yerləşdirilib. Milli fəalın sağlıq durumunda ciddi problemlərin yarandığı bildirilir.

Gunaz.tv Quote | Gunaz article

Bir neçə dəqiqə öncə kamera yoldaşları ailəsi ilə telefon əlaqəsi saxlayaraq millli fəalın sağlıq durumunun ağırlaşdığını və onun həbsxananın tibb məntəqəsinə köçürüldüyünü bildiriblər.

Onların dediyinə görə, Həmid Mənafinin sağlıq durumu gecə saat 01.00 radələrində ağırlaşıb. Tibb məntəqəsində ona “sistem qoşulub”,  iynə vurduqdan sonra kameraya qaytarıblar.

 

Ancaq bu gün saat 11.00 radələrində siyasi məhbusun durumu yenidən ağırlaşıb və onda koronavirusa yoluxma simptomları göründüyünə görə yenidən tibb məntəqəsinə köçürülüb.

Bu dəqiqələrə qədər onun son sağlıq durumu barədə heç bir yeni xəbər əldə etmək mümkün olmayıb.

 

Tehranın Evin həbsxanasında saxlanılan Güney Azərbaycanın başqa siyasi məhbusları Siyamək Mirzayi, Tohid Əmir Əmini, Behnam Şeyxi və Kiyanuş Aslani ailələri ilə saxladıqları telefon əlaqələrində baş gicəllənməsi, ürək bulanması, nəfəs çatışmazlığı və halsızlıqdan əziyyət çəkdiklərini, həbsxananın 4-cü və 8-ci bölmələrində məhbusların sağlıq durumunun ağır olduğunu deyiblər.

 

Qeyd edək ki, son günlər İran zindanlarında, xüsusilə "Evin" həbsxanasında koronavirusa yoluxma hallarının aşkar edilməsi məhbusların həyatına təhlükə yaranması ilə bağlı narahatlıqları artırıb.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08

gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07