Siyasi məhbusun ailəsi Hamid Qaraoğlaninin durumunun ağır olduğunu bildirir

2021-02-18 10:39

Qondarma ittihamlarla 14 il həbs cəzasına məhkum edilən urmulu dissidentin ailəsi İran rəsmilərinin onu təhlükəsizlik cinayətlərini etiraf etməyə məcbur etdikdən sonra ağır epilepsiya xəstəliyindən müalicə olunmasına imkan vermədikləri üçün səhhətinin ağırlaşdığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

“Amerikanın Səsi”nin Fars xidmətinə Skype müsahibəsində siyasi dustağın bacısı Haniyə Qaraoğlani iyul ayından bəri Urmu şəhərin mərkəzi həbsxanasında saxlanılan 34 yaşlı qardaşı Həmidin vəziyyətinin pisləşdiyini deyib.


Baş Qərargahı Londonda yerləşən Amnesty International insan haqlarını müdafiə qrupunun bildirdiyinə görə, kəşfiyyat məmurları azərbaycanlı türk Hamid Qaraoğlanini iyunun 27-də həbs edib və həbsxanaya köçürməzdən əvvəl iki həftə dindirib.


Hamidin bacısı o vaxtdan bəri İran rəsmilərinin ağır formada epilepsiyası olan qardaşını müalicə olunmaqdan məhrum etdiyini deyib. ABŞ-ın Mayo Tibbi Tədqiqat Mərkəzi tərəfindən epilepsiyanın belə ağır forması olaraq xarakterizə edilən xəstəlik ani şüur itkisi, bədənin qıcanması və titrəməsi, bəzən sidik kisəsinin funksiyasına nəzarətin itirilməsi və dilin dişləməsi ilə müşayiət ola bilər.


Haniyə Qaraoğlani qardaşının vəziyyətinin onun ayda bir dəfə tibbi və nevroloji müayinədən keçməsini tələb etdiyini, lakin rəsmilərin onun həbsxanadan kənar bir xəstəxanada müalicə almasını qadağan etdiyini deyib.


O, Urmu(Urmiya) həbsxanasının həkiminin məhkumun xəstəliyi ilə bağlı biliyi olmadığına görə, Hamidlə görüşməkdən imtina etdiyini söyləyib. Hamidlə bir seans keçirən başqa bir psixiatr isə onun emosional vəziyyətini qiymətləndirmək əvəzinə ona siyasi baxışları barədə suallar verib.


Haniyə həkimin təyin etdiyi və ailə tərəfindən alınaraq, həbsxanaya aparılan dərmanlarıın Hamidə verilməsinə icazə verilmədiyini deyib.


Amnesty International Təşkilatı bu ayın əvvəlində Hamid Qaraoğlaninin azad edilməsi, azad edilənə qədər dərman və həbsxanadan kənarda müalicə olunmasını təmin etmək tələbi ilə İranın Ali Məhkəməsinə müraciət etmişdi.


Haniyə Qaraoğlani Amerikanın Səsinə müsahibəsində deyib ki, müstəntiqlər qardaşını təhlükəsizliklə bağlı cinayətləri etiraf etmədiyi təqdirdə bacısının həbs olunacağı, anasının isə öldürüləcəyi ilə təhdid ediblər.


O, qardaşı həbs edildikdən sonra kəşfiyyat agentlərinin onu və anasını da dindirdiklərini və susmaqları üçün təzyiq göstərdiklərini bildirib.


İnsan haqlarını müdafiə qrupu Urmudakı İnqilab Məhkəməsinin Qaraoğlaniyə qarşı "ali dini lideri təhqir etmək", "sistemə qarşı təbliğat aparmaq" və "İslam Respublikası sisteminə qarşı silahlı üsyançı qrupa üzv olmaq" ittihamları irəli sürülərək, 14 il müddətinə həbs cəzasına məhkum edildiyini bildirib. Onun yanvarın 24-də hökmdən apellyasiya şikayəti verildiyi deyilir.


Hamid Qaraoğlaninin işi barədə son aylar İran dövlət mediasında heç bir məlumat verilməyib.


Amnesty International Qaraoğlaninin Xameneyini korrupsiyada günahlandıran onlin yazıları və İran rəsmilərinin bildirdiyinə görə, “İran Xalq Mücahidləri Təşkilatı”nın tərəfdarları ilə onlin yazışmaları ilə əlaqədar olaraq mühakimə olunduğunu bildirib.


Haniyə Qaraoğlani Amerikanın Səsinə verdiyi müsahibəsində qardaşının “Xalq Mücahidləri Təşkilatı”nın tərəfdarı olmadığını deyib.


Amnesty International Hamidin hazırda mühacirətdə olan iki qohumunun “Xalq Mücahidləri Təşkilatı” ilə əlaqəsi olduğuna görə uzunmüddətli həbs cəzasına məhkum edilməsindən narahatlığını ifadə edib.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04