SON XƏBƏRLƏR

Siyasi zindaniler haqqinda bildiri

2021.10.20, 07:36
Siyasi zindaniler haqqinda bildiri

Gunaz.tv

Azərbaycanımızın iki dəyərli evladı olan, Səid Nəimi və Səid Muğanlı, Aylardır Gözaltı tutsaqdırlar. Bunların yanısıra tanınmış Zənganlı jurnalist Səid Mətinpur bəy başda olmaqla bir çox milli fəalimiz ocümlədən Sima Didar, Əlireza Fərşi, Bəhmən Nəsirzadə(Araz), Hüsen Ronəqi Məleki, Fəraz Zehtab, Rəsul Bədəli və ... həbs sürələrini çeşidli dustaqlarda keçirməkdələr.

Səid Nəimi adına sitəmiz (www.saidnaimi.net) tərəfindən, bu siasi çalışqanımızın 90nincı gün, tək adamlıq sellullarda saxlanılmasını gözə alaraq, Azərbaycan səadəti uğrunda varlğlarından keçən başqa fəallarımız unudulmasındiyə, bir kiçik himayə yazısı kampanıyası başlatdıq. Bu arada milli hərəkətimizin, əlimiz çatabilən neçə tanınmış çalışqanlarından onların haqqında (üç Səidimizə) öz fikirsəl yazılarını rica etdik. Ilgi qura bilmədiyimiz bir çox dəyərli çalışqanlarımızdan üzür istəyərək öz yazılarını bu addresə ( [email protected]/* */) göndərmələrini istəyirik.

Bizə bu işdə yardımcı olan bütün dostlardan təşəkür edərək, əlimizə çatan yazıları, göndərildikləri sırayla, bölüm-bölüm sitəmizdə yayınlayırıq..

Azadlığımız arzısıyla

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar