SON XƏBƏRLƏR

Üsküdə tarixi əşya qaçaqmalçıları həbs olunub

2021.12.09, 13:47
Üsküdə tarixi əşya qaçaqmalçıları həbs olunub

Gunaz.tv

Kazım Dadaşi Üsküdə tarixi əşya qaçaqmalçıları və qanunsuz qazıntı aparanların həbs olunduğunu deyib. 

Dekabrın 9-da mediaya açıqlama verən K.Dadaşi bildirib ki, daxil olan məlumatlar əsasında Üskü şəhərinin Bayramlı və Mirzə Rəhim Kövşəni kəndləri arasında yerləşən ərazidə hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə əməliyyat keçirilib.

Dadaşi əməliyyat zamanı 5 nəfərin tarixi əşya əldə etmək üçün qanunsuz qazıntı apardıqları zaman saxlanıldığını, onlara məxsus iki minik avtomobili və qazıntı üçün istifadə edilən avadanlıqların müsadirə edildiyini bildirib. 

Mühafizə bölməsinin başçısı dəstə üzvlərinin barələrində cinayət işinin açılması üçün məhkəmə orqanlarına təhvil verildiklərini deyib.
 
C.E

 

تعاملات مستمر مردمی با یگان حفاظت، عاملی مؤثر در ارتقا امنیت مواریث تاریخی آذربایجان  شرقی

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar