SON XƏBƏRLƏR

İranın uşaqlara qarşı zorakılığını dayandırmaq üçün 61 min imza toplanıb

2022.10.24, 11:00
İranın uşaqlara qarşı zorakılığını dayandırmaq üçün 61 min imza toplanıb

Gunaz.tv

İndiyədək dünyada 61 mindən çox “elektron imza” toplayan məktub uşaq hüquqları müdafiəçiləri, hüquq müdafiəçiləri, hüquqşünaslar, jurnalistlər, sənətçilər və bir çox İranlılar tərəfindən imzalanıb.

Bu məktub Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin üzvləri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinin üzvləri, İranda İnsan Haqları üzrə Xüsusi məruzəçi Cavid Rəhman, Baş Katibin Uşaq və Silahlı Münaqişələr üzrə xüsusi nümayəndəsi Virciniya Qamba və Özbaşına Həbslər üzrə İşçi Qrupunun üzvlərinə yazılıb.

Bu məktubu imzalayanlar Birləşmiş Millətlər Təşkilatına müraciət edən hakimiyyət orqanlarından ümummilli etirazlar zamanı uşaqların öldürülməsinin, təhlükəsizlik qüvvələrinin uşaqların işi üzrə dosiyalarına müdaxilələrinin, məktəblərdə, küçələrdə uşaqların həbsinin qarşısını almaq və onlara psixi, fiziki təzyiqin qarşısını almaq üçün “bütün mövcud vasitələrdən” istifadə etməyi tələb ediblər. 

Bu məktubun mətnində beynəlxalq qurumlardan da istənilir ki, İslam Respublikasını həbs olunmuş uşaqları dərhal azad etməyə məcbur edilsin və onlara qarşı hər hansı işgəncə aktının qarşısı alınsın və  yeniyetmələrin dinc etiraz hüququ tanınsın.

Bundan öncə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi oktyabrın 17-də verdiyi bəyanatda İslam Respublikası səlahiyyətliləri tərəfindən uşaqların hüquqlarının kobud şəkildə pozulmasını pisləyib.

Qeyd edək ki, İranda Məhbusların Vəziyyətini Araşdıma Komitəsi yaydığı məlumatda son etiraz aksiyaları zqamanı İtranda ən azı 322 uşağın həbs edildiyini bildirib.

İran İnsan Haqları Təşkilatı isə ölkənin 114 şəhər və 89 Universitetində keçirilən etiraz aksiyalarından ötən bir ay ərzində 32 uşağın öldürüldüyü barədə hesabat yayıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar