SON XƏBƏRLƏR

İslam Respublikasına qarşı qiyamın beşinci həftəsində yeni aksiyalara çağırış edilib

2022.10.20, 06:51
İslam Respublikasına qarşı qiyamın beşinci həftəsində yeni aksiyalara çağırış edilib

Gunaz.tv

Oktyabrın 19-da İranın müxtəlif şəhərlərində etiraz aksiyalarının keçirilməsi davam edib.

Ötən gün xüsusilə universitet öyrəncilərinin İslam Respublikasına qarşı nümayişləri və tətilləri ilə yadda qalıb.

İsfahan, Tehran, Kirmanşah, Mazəndəran və başqa bir neçə əyalətin Universitetlərində öyrəncilər dərsləri tətil edib və hökumətə qarşı şüarlar səsləndiriblər.

Bu, İran rəhbəri Əli Xameneyinin öyrəncilərin dərsləri dayandırması və bir sıra müəllimlərin də buna qoulmasını tənqid etməsindən bir gün sonraya təsadüf edib.

Oktyabrın 19-da "Tehran Məhəllələrinin Gəncliyi" qrupu yeni bəyanat yayaraq oktyabrın 22-də səhər saat 11:00-dan etibarən Tehranın məhəllələri, bazar və Universitetlərin ətrafında, saat 15-dən isə bütün şəhərlərin məhəllələrində kütləvi nümayişlərə çağırış edib.

Qeyd edək ki, Tehran Məhəllələrinin Gəncliyi qrupu xüsusilə paytaxtda keçirilən nümayişlərdə aktivliyi ilə seçilir.

Bu qrup bundan öncə yaydığı 10 çağırışda Tehranın bir neçə məntəqəsində on minlərlə vətəndaşın aksiyalara qoşulmasına və təsirli aksiya keçirməsinə nail olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar