SON XƏBƏRLƏR

İsmayıl Həniyyə: “İrandan 70 milyon dollar alıb İsrail əleyhinə raket istehsal etdik”

2022.01.04, 12:52
İsmayıl Həniyyə: “İrandan 70 milyon dollar alıb İsrail əleyhinə raket istehsal etdik”

Gunaz.tv

İrandan aldıqları maliyyə yardımı ilə Qəzza olağında İsrailə qarşı qəfil hücuma keçmək üçün gizli yeraltı tunellər qazdıqlarını və müxtəlif silah-sursat istehsal etdiklərini bildirən Həniyyə deyib ki, bu yardımlar Qəzzada hərbi tənzimləmənin dəyişməsinə gətirib çıxarıb.

“Biz İrandan 70 milyon dollar alıb Qəzza zolağında İsrail əleyhinə raket istehsal etdik”, -deyə “Həmas” lideri İsmayıl Həniyyə bildirib.

Həniyyə, İranın verdiyi pullarla raketdən başqa İsrailə qarşı vuruşmaq üçün daha hansı silahları istehsal etdilərini açıqlamayıb.

Xatırladaq ki, “Həmas”-ın yüksək vəzifəli rəsmilərindən olan Mahmud Əzzəhar 2021-ci ilin yanvarında mediaya açıqlamasında SEPAH terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin tez-tez həmin qruplaşmaya etdiyi yardımlardan danışmışdı.

“Həmas” nümayəndə heyəti bir dəffə Tehrana səfərində birbaşa Qasım Süleymaninin özündən 22 milyon dollar yardım almışdı.

Qasım Süleymani 9 nəfərdən ibarət olan “Həmas” nümayəndə heyətinə daha çox pul vermək istəyirdi, lakin biz artıq əlavə pulu daşımağa qadir deyildik.

Çünki hər çamadanın tutumu 40 kq idi və biz özümüzlə artıq pul götürə bilməzdik”, -deyə “Həmas” rəsmisi Mahmud Əzzəhar bildirmişdi. 

A.M 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar