SON XƏBƏRLƏR

Rəsmi Tehran İlham Əliyevin İranla bağlı son bəyanatına reaksiya verib

2021.10.20, 07:36
Rəsmi Tehran İlham Əliyevin İranla bağlı son bəyanatına reaksiya verib

Gunaz.tv

O deyib ki, Azərbaycan prezidentinin İranla bağlı səsləndirdiyi son bəyanatı və onun deyim tərzi təəccübə səbəb olub:

“İki ölkə arasında yaxşı və qarşılıqlı ehtiram əsasında əlaqələr olduğu bir halda və ölkələrimiz arasında adi irtibat kanalları ən yüksək səviyyədə olsa da, bu sözlərin bu şəkildə ifadə edilməsi təəccüb doğurur”.

S. Xətibzadə bildirib ki, ixtilaf mövzusu olan bu və digər əlaqəli məsələlərdə, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən son toplantısı çərçivəsində ölkələrimizin xarici işlər nazirlərinin görüşü zamanı ciddi və ətraflı məsləhətləşmələr aparılıb və bu danışıqların uyğun bir kontekstdə davam etdirilməsi razılaşdırılıb.

“İran İslam Respublikası həmişə hər hansı bir hansı bir ərazi işğalına qarşı müxalif olduğunu bildirərək, ölkələrin ərazi bütövlüyünə və onların beynəlxalq səviyyədə tanınmış sərhədlərinə ehtiramla yanaşılmasının zəruri olduğuna təkid edib. 

Hesab edirik ki, yaxşı qonşuluq prinsiplərinə riayət olunması mühüm məsələlərdən biridir və güman edirik ki, bu bütün qonşular tərəfindən nəzərə alınmalıdır”-deyə, XİN sözçüsü bildirib. 

Sözçü İran ordusunun Araz kənarında keçirdiyi hərbi təlimlərdən də bəhs edib. 
“Ölkəmizin şimal-qərb sərhədləri yaxınlığında hərbi təlimlərin keçirilməsi məsələsinə gəlincə, bu hakimiyyət mövzusu olan bir məsələdir və demək olar ki, bütün regionun sabitliyi üçün keçirilir. 

Əlbəttə, İran İslam Respublikası sionist rejiminin öz sərhədləri yaxınlığında mövcudluğuna, nə qədər nümayişkaranə olsa belə dözməyəcək və bu istiqamətdə öz milli təhlükəsizliyini qorumaq üçün lazım bildiyi hər bir addımı atacaq”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar