Rəsmi Tehranın sözçüsü Nətənz nüvə təsisatı yaxınlığında partlayışın İsrail tərəfindən törədildiyini təkzib edib

06.12.2021, 15:44

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün mediaya açıqlamasında Nətənz nüvə təsisatı yaxınlığında baş vermiş güclü partlayışdan və Vyanada aparılan nüvə müzakirələrindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Xətibzadə, Nətənz nüvə təsisatı yaxınlığında partlayışın İsrail tərəfindən törədilməsi ilə bağlı cəmiyyətdə və sosial şəbəkələrdə yayılan məlumaqtları təkzib edib.

“Əgər İsrail Nətənz təsisatında təxribat törətmiş olsaydı bu barədə ölkə əhalisinə məlumat verərdik.

Lakin, təsisatda baş vermiş partlayışın səsinin eşidilməsi ilə bağlı mən İran silahlı qüvvələri baş qərargahının və Ali Milli Təhlükəsizlik Şurasının bununla bağlı yaydığı məlumatına heç nə əlavə edə bilməyəcəyəm”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Xətibzadə həmçinin İranın Qərblə Vyanada apardığı nüvə müzakirələri məsələsinə də toxunaraq, iddia edib ki, İranın nümayəndə heyəti ciddi bir iradə ilə danışıqlara qatılıb.

“Biz yaxşı bir razılaşmasının əldə olunması üçün danışıqlara qatılmışıq və hesab edirəm ki, belə bir razılaşma yalnız nüvə razılaşmasını imzalamış tərəflərin saziş çərçivəsində öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə mümkün ola bilər”, -deyə Səid Xətibzadə bəyan edib.

Xətibzadə danışıqların cari həftənin sonlarında yenidən davam etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, dekabrın 4-ü axşam saat 20:15 radələrində İranın İsfahan əyalətində yerləşən Nətənz nüvə təsisatının 20 kilometrliyində güclü partlayış olub.

Sosial şəbəkələrdə yayılan xəbərə görə, Badrud şəhərinin Abbasabad kəndi yaxınlığında baş verən dəhşətli partlayışın ardınca səma nura qərb olub, partlayışdan əmələ gələn qalın tüstü məntəqəni bürüyüb.

İran rəsmiləri əvvəlcə partlayışın mənşəyi barədə ziddiyyətli məlumatlar yaysalar da, sonradan bu məntəqədə hava hücumundan müdafiə sisteminin qabiliyyətini yoxlamaq üçün bir raketi sınaqdan keçirdiklərini iddia ediblər. 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30